Bank of Baku-da maliyyə savadlılığı günü - FOTOLAR

Bank of Baku-da maliyyə savadlılığı günü - FOTOLAR
İQTİSADİYYAT
10:23 06.03.2026
2638

Bank of Baku cəmiyyətin bütün yaş qrupları arasında maliyyə savadlılığının artırılmasını korporativ sosial məsuliyyət fəaliyyətinin əsas hissələrindən biri hesab edir və bu istiqamətdəki addımlarını davam etdirir.

 

Bu məqsədlə 4 mart tarixində Bank fo Baku tərəfindən əməkdaşlarının övladları üçün maarifləndirici tədbir təşkil olunub.

 

11-15 yaşlı uşaqları əhatə edən və "Maliyyə savadlılığı hər yaşda önəmlidir!” şüarı ilə keçirilən tədbir ikihissəli şəkildə təşkil edilib:

 

1-ci hissədə uşaqlara bankın Ödəniş Sistemləri departamentinin əməkdaşı Gülər Mirzəyeva tərəfindən təlim keçirilib. Təlim zamanı uşaqlara pulun yaranma tarixi, əsginaslar, büdcə planının formalaşdırılması, büdcənin idarəsi üçün mövcud olan rəqəmsal həllər, eləcə də bank kartlarının növləri, onlardan təhlükəsiz istifadə kimi mühüm mövzularda ətraflı məlumat verilib, uşaqların mövzu ilə bağlı sualları cavablandırılıb.

 

Tədbirin ikinci hissəsi isə intellektual yarış formatında davam edib. Bu hissədə uşaqlar komandalar şəklində yarışmaqla bərabər, səsləndirilən suallar və onlara verilən cavablar sayəsində də əhəmiyyətli məlumatlar əldə ediblər.

 

Qeyd edək ki, Bank of Baku mütəmadi olaraq sosial media kanalları, Dostbank tətbiqi, eləcə də təşkil etdiyi tədbirlərlə müştərilərini maliyyə təhlükəsizliyi və fırıldaqçılıq halları barədə məlumatlandırır. Bank bundan öncə "Maliyyə savadlılığı hər yaşda önəmlidir!” şüarı ilə həm məktəblilər, həm də yaşlı nəslin nümayəndələri üçün oxşar layihələr həyata keçirib.

 

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com 

www.facebook.com/bankofbaku

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezidentdə Misir Mərdanovla bağlı SƏRƏNCAM
15:47 02.10.2026
Prezidentdə Misir Mərdanovla bağlı SƏRƏNCAM
Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər
15:27 02.10.2026
Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər
“Pəncəli Ürəklər” aksiyasına qoşularaq sevgimizi dəstəyə çevirək
15:06 02.10.2026
“Pəncəli Ürəklər” aksiyasına qoşularaq sevgimizi dəstəyə çevirək
Xankəndidə İdarələrarası Mərkəzin iclası keçirildi - FOTOLAR
15:03 02.10.2026
Xankəndidə İdarələrarası Mərkəzin iclası keçirildi - FOTOLAR
Kəmaləddin Heydərov nazirlikdə böyük dəyişiklik etdi
14:49 02.10.2026
Kəmaləddin Heydərov nazirlikdə böyük dəyişiklik etdi
Keçmiş həyat yoldaşına zorakılıq edən rəqqası hansı cəza gözləyir? - Vəkildən açıqlama
14:46 02.10.2026
Keçmiş həyat yoldaşına zorakılıq edən rəqqası hansı cəza gözləyir? - Vəkildən açıqlama
Zəfər və qüdrət: Azərbaycanın yeni strategiyası - Nahid Canbaxışlı yazır
14:21 02.10.2026
Zəfər və qüdrət: Azərbaycanın yeni strategiyası - Nahid Canbaxışlı yazır
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
14:10 02.10.2026
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
Ard-arda artan kütləvi zəhərlənmələr - Buna görə kim məsuliyyət daşıyır?
14:05 02.10.2026
Ard-arda artan kütləvi zəhərlənmələr - Buna görə kim məsuliyyət daşıyır?
Taylandda daşqınlar 3,5 milyondan çox insana təsir edib
13:58 02.10.2026
Taylandda daşqınlar 3,5 milyondan çox insana təsir edib
Konqoda Ebola epidemiyası: Ölənlərin sayı artdı
13:48 02.10.2026
Konqoda Ebola epidemiyası: Ölənlərin sayı artdı
DİN-dən məktəbdə uşaqların zəhərlənməsi ilə bağlı AÇIQLAMA
13:39 02.10.2026
DİN-dən məktəbdə uşaqların zəhərlənməsi ilə bağlı AÇIQLAMA
Gələn il minimum əməkhaqqı və pensiyalar qaldırılacaq - Prezident açıqladı
13:11 02.10.2026
Gələn il minimum əməkhaqqı və pensiyalar qaldırılacaq - Prezident açıqladı
Leysan, dolu, qar... - Sabahın havası
13:01 02.10.2026
Leysan, dolu, qar... - Sabahın havası
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
12:52 02.10.2026
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
“Turan Tovuz” – “Fənərbağça” qarşılaşması: “Hesabdan çox, oyunun özü önəmlidir”
12:43 02.10.2026
“Turan Tovuz” – “Fənərbağça” qarşılaşması: “Hesabdan çox, oyunun özü önəmlidir”