Bank Respublika beşillik strategiyasının uğurlu nəticələrini elan etdi

Bank Respublika beşillik strategiyasının uğurlu nəticələrini elan etdi
İQTİSADİYYAT
15:45 30.12.2021
432
2021-ci il Bank Respublika tarixində ən uğurlu illərdən biri olmuşdur. 2021-ci il üçün mənfəət 20 milyon manat həddinə yaxınlaşıb ki, bu da ötən il əldə edilmiş mənfəətdən 3 dəfədən çoxdur.

AZXEBER.COM xəbər verir ki, bu il Bank, həmçinin 2017-ci ildə təsdiq edilmiş beşillik strateji inkişaf planını uğurla tamamlayıb. Mikro, kiçik və orta biznesin inkişafı strategiyasına sadiq qalan Bank məhsul və xidmətlərin davamlı olaraq təkmilləşdirilməsi, müştəri xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, yeni rəqəmsal texnologiyaların tətbiqi və inkişafı sayəsində yüksək nəticələr əldə edib. Belə ki, bu müddət ərzində bankın kapitalı 2 dəfə artaraq 100 milyon manat həddini keçib, kredit portfeli 2,5 dəfə, müddətli depozit portfeli isə 2 dəfədən çox artıb.

Strateji plan çərçivəsində Bankın səhmdarlarının strukturunun dəyişdirilməsi prosesi də uğurla başa çatıb.

Məqsədi inkişaf etməkdə olan ölkələrdə özəl sektoru dəstəkləmək olan Deutsche Investitions und Entwicklungsgesellschaft mbh (DEG) İnvestisiya şirkəti, institusional investor kimi daxili investisiya təcrübəsinə əsasən bankın kapitalının artırılmasında iştirak etmiş və eyni zamanda bankın əsas təsisçisinə gələcəkdə öz payını almaq hüququ təqdim etmişdir. 2021-ci ildə Bankın yaxşı maliyyə göstəricilərini, inkişaf perspektivlərini və növbəti illərdə dividendlərin ödənilməsini nəzərə alaraq, bankın strateji səhmdarı DEG-in "Bank Respublika"nın kapitalındakı payını tam olaraq almışdır.

Qeyd edək ki, Almaniyanın ən böyük dövlət bank qrupu Sparkassen-Finanzgruppe törəmə şirkəti Sparkassen International Development Trust (SIDT) vasitəsilə bankın səhmdarı olaraq qalır. Bu isə, bankın yüksək korporativ idarəetmə standartlarının tətbiqində çox mühüm rol oynayır və hal-hazırda SİDT-in dəstəyi ilə Bank Respublika Azərbaycanda kənd təsərrüfatının kreditləşdirilməsinə dəstək layihəsi çərçivəsində Deutsche Sparkassenstiftung für internationale Kooperation e.V. tərəfindən həyata keçirilən texniki yardım proqramında iştirak edir.

"DEG və SIDT korporativ idarəetmə sahəsində dünya təcrübəsini gətirməklə yanaşı, "Bank Respublika”nın institusional formalaşmasında da mühüm rol oynayıb. Biz DEG investisiya şirkətinin rəhbərliyinə bankın inkişafına verdiyi əvəzsiz töhfəyə görə təşəkkürümüzü bildiririk və müxtəlif maliyyələşdirmə formalarının cəlb edilməsi üçün əməkdaşlığı davam etdirməyi planlaşdırırıq”. – deyə "Bank Respublika”nın strateji səhmdarı Natiq Quliyev qeyd edib.

Daha ətraflı məlumatı Bank Respublika”nın rəsmi saytından, facebook səhifəsindən, və yaxud 144 – Çağrı Mərkəzinə zəng edərək əldə etmək mümkündür.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
700 bal toplayan Samir danışdı: "Həm çalışır, həm də oyun oynayırdım"
17:59 28.07.2026
700 bal toplayan Samir danışdı: "Həm çalışır, həm də oyun oynayırdım"
Aztəminatlı ailələr niyə daha çox uşaq sahibi olur? – Sosioloq açıqladı
17:47 28.07.2026
Aztəminatlı ailələr niyə daha çox uşaq sahibi olur? – Sosioloq açıqladı
Motosiklet sürücülərinin narazılığına FHN-dən REAKSİYA
17:34 28.07.2026
Motosiklet sürücülərinin narazılığına FHN-dən REAKSİYA
Qəbul imtahanının nəticələri açıqlandı – 17 nəfər 400 bal topladı
17:29 28.07.2026
Qəbul imtahanının nəticələri açıqlandı – 17 nəfər 400 bal topladı
Arzumla bağlı canlı yayımı 86 min insan izlədi
17:21 28.07.2026
Arzumla bağlı canlı yayımı 86 min insan izlədi
YAP Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirildi
17:11 28.07.2026
YAP Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirildi
Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər
17:00 28.07.2026
Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər
Yayda estetik əməliyyat etdirmək olar?
16:48 28.07.2026
Yayda estetik əməliyyat etdirmək olar?
Ailə dəyərləri qorunur, yoxsa əvvəlki kimi deyil? - "Hər şey pula satılıb, ona görə qorunmur" – VİDEOSORĞU
16:29 28.07.2026
Ailə dəyərləri qorunur, yoxsa əvvəlki kimi deyil? - "Hər şey pula satılıb, ona görə qorunmur" – VİDEOSORĞU
Azərbaycanda ilk dəfə beynəlxalq yeniyetmələr qolf turniri keçirildi - FOTOLAR
16:14 28.07.2026
Azərbaycanda ilk dəfə beynəlxalq yeniyetmələr qolf turniri keçirildi - FOTOLAR
Mobil nömrəyə çox pul verənlər nə düşünür? - Ekspert açıqladı
16:10 28.07.2026
Mobil nömrəyə çox pul verənlər nə düşünür? - Ekspert açıqladı
ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi - FOTOLAR
15:56 28.07.2026
ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi - FOTOLAR
"Sabah" üçün tarixi oyun: Saat neçədə, hansı telekanalda?
15:55 28.07.2026
"Sabah" üçün tarixi oyun: Saat neçədə, hansı telekanalda?
Ərdoğan həbs edilən Haluk Levent haqda danışdı: "Bu, tərbiyəsiz şəxslərin..."
15:46 28.07.2026
Ərdoğan həbs edilən Haluk Levent haqda danışdı: "Bu, tərbiyəsiz şəxslərin..."
Azərbaycanda bu şəxslərin maaşı artırılacaq
15:40 28.07.2026
Azərbaycanda bu şəxslərin maaşı artırılacaq
Unibank jurnalistlər üçün təlim təşkil etdi - FOTOLAR
15:37 28.07.2026
Unibank jurnalistlər üçün təlim təşkil etdi - FOTOLAR