Bank Respublika, SOS Uşaq Kəndləri və Çikaqo Universiteti birgə layihə həyata keçirəcək!

Bank Respublika, SOS Uşaq Kəndləri və Çikaqo Universiteti birgə layihə həyata keçirəcək!
İQTİSADİYYAT
10:37 07.04.2022
384
Ölkəmizdə korporativ sosial məsuliyyət yönümlü bir çox layihələrin təşəbbüskarı və dəstəkçisi olan Bank Respublika və "SOS Uşaq Kəndləri Azərbaycan” Assosiasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

AZXEBER.COM xəbər verir ki, sənədi "Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov və "SOS Uşaq Kəndləri Azərbaycan” Assosiasiyasının Milli Direktoru Zakir Soltanov imzalayıb.

Anlaşma çərçivəsində Bank Respublika, SOS Uşaq Kəndləri və ABŞ-nin Çikaqo Universieti daha öncə internat müəssislərinə qoyulan uşaqların yenidən internat müəssisələrinə qayıtmalarını qarşısını almaq məqsədilə birgə layihə həyata keçirəcək. Layihə çərçivəsində, müəyyən meyarlar əsasında aztəminatlı ailələrdən seçilmiş 7-12 yaş arası 200 uşağın adına "Bank Respublika”da start kapitalı yatırılaraq xüsusi "Sosial Yığım” əmanət hesabları açılacaq. Daha sonra valideynlər tərəfindən həmin hesaba hər ay əlavə ediləcək məbləğ, təşkilatçılar tərəfindən 2 dəfə artırılacaq. Bununla da uşaqların hesablarında sosial kapitalın yığılması təmin olunacaq.

Layihəyə əsasən, hesab açım mərhələsində valideynlərlə birlikdə, adlarına hesab açılacaq uşaqlar da iştirak edəcək. Beləliklə, uşaqlar adlarına açılmış hesabın, onların gələcəyinə hədəfləndiyini biləcəklər. Bundan başqa, bankın əməkdaşları valideynlərlə görüşlər keçirərək sosial yığım haqda maarfiləndirici təlimlər təşkil edəcək. Qeyd edək ki, layihə 3 il ərzində Bakı, Sumqayıt və Gəncə şəhərlərində həyata keçiriləcək.

"Ölkəmizin dayanıqlı iqtisadi inkişaf yolunda önəmli töhfə olacaq bu əməkdaşlıq önümüzdəki illərdə bəhrələrini göstərəcək. Aztəminatlı və dağılma riskində olan ailələrin Uşaq Əmanət yığımlarına cəlb edilməsi ölkə tarixində bir ilkdir. Bu innovativ maliyyə aləti vasitəsilə SOS Uşaq Kəndləri Azərbaycan və Bank Respublika ASC BMT Dayanıqlı İnkişaf hədəflərindən 8.Layiqli iş və iqtisadi artım, eləcə də 17.Hədəflər üçün əməkdaşlıq hədəflərinə töhfə verəcək." - deyə "SOS Uşaq Kəndləri Azərbaycan” Assosiasiyasının Milli Direktoru Zakir Soltanov vurğulayıb.

"Bank Respublika ölkəmizdə uşaq və gənclərin təhsili, bacarıqlarının artırılması və sosial rifahın yaxşılaşdırılmasına yönəlmiş bir çox layihəni uğurla həyata keçirib. Biz çox şadıq ki, "SOS Uşaq Kəndləri-Azərbaycan” ilə olan birgə layihəmiz çərçivəsində aztəminatlı ailələrdə yaşayan 200-ə yaxın uşağın internat müəssisələrinə verilməsinin qarşısının alınmasında öz töhfəmizi verə biləcəyik" - deyə "Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib.

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
22:37 18.09.2026
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
22:16 18.09.2026
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
"Qarabağ" "Şəfa"nı məğlub etdi
22:09 18.09.2026
"Qarabağ" "Şəfa"nı məğlub etdi
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
21:53 18.09.2026
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
21:48 18.09.2026
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb  - FOTOLAR
21:43 18.09.2026
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb - FOTOLAR
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
21:30 18.09.2026
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
21:16 18.09.2026
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
21:13 18.09.2026
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
20:53 18.09.2026
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
20:44 18.09.2026
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
Sevda Saleh Məmmədzadə vəfat etdi
20:32 18.09.2026
Sevda Saleh Məmmədzadə vəfat etdi
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
20:15 18.09.2026
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
20:12 18.09.2026
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
19:37 18.09.2026
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
19:34 18.09.2026
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb