Bank Respublika Şuşada şəhid övladlarını sevindirdi - FOTOLAR

Bank Respublika Şuşada şəhid övladlarını sevindirdi - FOTOLAR
İQTİSADİYYAT
12:54 05.09.2022
611
Bakı, 05 sentyabr 2022. Ölkəmizdə bir çox sosial yönümlü layihələrin təşəbbüskarı və dəstəkçisi olan Bank Respublika, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı şəhid övladları üçün həyata keçirilən "Zəfər" Yay Məktəbinə dəstək oldu.
 
İyul - avqust ayları ərzində davam edən layihə müddətində məktəbli şəhid övladları 4 peşə - musiqi, rəsm, fotoqrafiya və aktyorluq üzrə öz bilik və bacarıqlarını inkişaf etdiriblər. Yay məktəbinin bağlanış mərasimi vətənimizin mədəniyyət paytaxtı Şuşa şəhərində baş tutub.
 
Tədbirdə şəhid ailələri, dövlət və ictimaiyyət nümayəndələri, incəsənət xadimləri, eləcə də Şuşa şəhərinin azad olunması uğrunda döyüşən Bank Respublika əməkdaşları iştirak edib.
 
Açılış nitqi ilə çıxış edən "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə layihə haqqında geniş məlumat verib və layihənin ərsəyə gəlməsində hər kəsə öz təşəkkürünü bildirib. "Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov çıxış edərək bu layihənin şəhid övladlarımızın inkişafındakı əhəmiyyətini yüksək qiymətləndirib və şəhid övladlarının Şuşa şəhərində təqdim etdikləri sənət nümunələrinin həyatında xüsusi yer tutacağını vurğulayıb.
 
Daha sonra şəhid övladlarının hazırladıqları kiçik sənət əsərlər nümayiş olunub və onların iştirakı ilə bədii hissə təqdim olunub. Tədbirin sonunda layihənin bütün iştirakçılarına sertifikatlar və "Bank Respublika”da çalışan qazilər tərəfindən qiymətli hədiyyələr təqdim olunub.
 
Qeyd edək ki, müharibədən sonra şəhid ailələrinə və qazilərə xüsusi diqqətin göstərilməsi "Bank Respublika”nın sosial layihələrinin əsas istiqamətlərindən biridir. Bank Respublika həmçinin, "YAŞAT” Fondu, "Silahlı Qüvvələrə Yardım Fondu” və "Qarabağ Dirçəliş Fondu”na vəsait ianə edən ilk banklardan biridir.
 
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
20:53 18.09.2026
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
20:44 18.09.2026
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
Sevda Saleh Məmmədzadə vəfat etdi
20:32 18.09.2026
Sevda Saleh Məmmədzadə vəfat etdi
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
20:15 18.09.2026
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
20:12 18.09.2026
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
19:37 18.09.2026
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
19:34 18.09.2026
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
Rəsmi Bakıdan Fransaya çağırış
19:30 18.09.2026
Rəsmi Bakıdan Fransaya çağırış
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
19:11 18.09.2026
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
18:54 18.09.2026
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
18:39 18.09.2026
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
18:23 18.09.2026
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
18:12 18.09.2026
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
17:54 18.09.2026
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
17:43 18.09.2026
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
17:39 18.09.2026
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü