“Bank Respublika” Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində şəhid övladlarını sevindirdi

“Bank Respublika” Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində şəhid övladlarını sevindirdi
İQTİSADİYYAT
10:56 01.06.2022
366
Ölkəmizdə bir çox korporativ sosial məsuliyyət yönümlü layihələrin təşəbbüskarı və dəstəkçisi olan "Bank Respublika” ASC "YAŞAT” Fondunun, Gənclər və İdman Nazirliyinin şəhid övladları üçün birgə təşkil etdiyi "YAŞAT" düşərgəsinə dəstək oldu.

27-30 may tarixlərində Qəbələ Olimpiya və İdman Kompleksində həyata keçirilən yay düşərgəsində ölkəmizin müxtəlif regionlarından (Kürdəmir, Balakən, Şəki, Qəbələ, Şamaxı və İmişli) 8-13 yaş aralığındakı şəhid övladları iştirak edib.

Yay düşərgəsinə cəlb olunan qəhrəman övladları Qəbələ Olimpiya və İdman Kompleksində peşəkar məşqçi heyəti tərəfindən futbol, taekvondo, qaydasız döyüş, cüdo, boks, gimnastika və digər idman növlərinin məşqlərinə cəlb olunub.

Bundan başqa uşaqlar futbol üzrə Azərbaycan kubokunun final görüşündə futbolçularla birgə meydana çıxıblar. Uşaqlar üçün həmçinin Qəbələnin görməli yerlərinə ekskursiyalar da təşkil edilib.

Layihənin son günü, "Bank Respublika” əməkdaşları 1 iyun – Uşaqların müdafiəsi günü münasibətilə qəhrəman şəhidlərimizin övladlarına skuterlər və digər qiymətli hədiyyələr də təqdim edib.

Müharibədən sonra şəhid ailələrinə və qazilərə xüsusi diqqətin göstərilməsi "Bank Respublika”nın sosial layihələrinin əsas istiqamətlərindən biridir. "Bank Respublika” həm də, "YAŞAT” Fondu, "Silahlı Qüvvələrə Yardım Fond”u və "Qarabağ Dirçəliş Fondu”na vəsait ianə edən ilk banklardan biridir.

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və yaxud Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.






 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
22:16 18.09.2026
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
"Qarabağ" "Şəfa"nı məğlub etdi
22:09 18.09.2026
"Qarabağ" "Şəfa"nı məğlub etdi
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
21:53 18.09.2026
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
21:48 18.09.2026
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb  - FOTOLAR
21:43 18.09.2026
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb - FOTOLAR
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
21:30 18.09.2026
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
21:16 18.09.2026
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
21:13 18.09.2026
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
20:53 18.09.2026
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
20:44 18.09.2026
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
Sevda Saleh Məmmədzadə vəfat etdi
20:32 18.09.2026
Sevda Saleh Məmmədzadə vəfat etdi
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
20:15 18.09.2026
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
20:12 18.09.2026
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
19:37 18.09.2026
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
19:34 18.09.2026
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
Rəsmi Bakıdan Fransaya çağırış
19:30 18.09.2026
Rəsmi Bakıdan Fransaya çağırış