"Bank Respublika" və FMO 20 milyon dollarlıq kredit müqaviləsi imzalayıblar - FOTOLAR

"Bank Respublika" və FMO 20 milyon dollarlıq kredit müqaviləsi imzalayıblar - FOTOLAR
İQTİSADİYYAT
11:05 24.08.2022
611
"Bank Respublika” ASC və Niderland İnkişaf Bankı (FMO) növbəti iriməbləğli kredit müqaviləsi imzalayıblar.

İki qurum arasında əməkdaşlıq 2006-cı ildən davam edir. Bu müddət ərzində onlar əməkdaşlığı inkişaf etdirərək bir sıra mühüm anlaşmalara imza atıblar.

Bu dəfə "Bank Respublika" və FMO arasında son illərin ən iri məbləğli kredit müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Banka 20 milyon ABŞ dolları kredit ayrılacaq. Milli valyutada təqdim ediləcək vəsait aqrar sahədə kiçik və orta sahibkarlığın (KOS), o cümlədən gənclərin və qadınların sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsində istifadə olunacaq. Hal-hazırda regional xidmət şəbəkəsini genişləndirən "Bank Respublika" bu krediti regionlarda çalışan və xüsusən də kənd yerlərində fəaliyyət göstərən sahibkarlar üçün böyük məbləğdə kreditlərin əlçatanlığın artırılmasına yönəldəcək.

"Qürurverici haldır ki, Avropanın ən böyük maliyyə qurumlarından biri olan FMO artıq 16 ildən çoxdur ki bankımızın stabil və etibarlı maliyyə partnyorlarından biridir. İnanıram ki, həm bu müddət ərzində cəlb etdiyimiz vəsaitlər, həm də bugünkü - 20 milyon dollar dəyərində olan anlaşmamız, nəinki bankın biznes portfelinin inkişafına, həmçinin ölkənin ümumi real sektoruna böyük dəstək olacaq və ölkədə yeni iş yerlərinin yaradılmasında imkanlar yaradacaq.”, - deyə "Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmaylov qeyd edib.

"İriməbləğli kredit razılaşması imzalamaqla çoxdankı tərəfdaşımız "Bank Respublika”ya bir daha dəstək verməkdən məmnunuq. Müqavilədəki məbləğ tam olaraq gənclərin və qadınların yaratdığı mikro, kiçik və orta müəssisələrin, eləcə də kənd təsərrüfatı KOM-lərının maliyyələşdirilməsinə yönəldiləcək ki, bu da bizim strateji hədəfimiz olan "Bərabərsizliyin azaldılması"na 100% uyğundur. Eyni zamanda, bu razılaşma 5-ci Dayanıqlı İnkişaf Məqsədi - gender bərabərliyi və 8-ci Dayanıqlı İnkişaf Məqsədi - Azərbaycan üzrə iş yerlərinin yaradılması və saxlanmasına uyğundur ki, bu da öz növbəsində kreditin əhəmiyyətini göstərir. "Bank Respublika" ilə əməkdaşlığımızın bundan sonra da davam etdirilməsinə ümid edirik”, - deyə FMO-nun İnvestisiya Direktoru Huib-Jan de Ruyter bildirib.
 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
21:13 18.09.2026
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
20:53 18.09.2026
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
20:44 18.09.2026
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
Sevda Saleh Məmmədzadə vəfat etdi
20:32 18.09.2026
Sevda Saleh Məmmədzadə vəfat etdi
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
20:15 18.09.2026
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
20:12 18.09.2026
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
19:37 18.09.2026
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
19:34 18.09.2026
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
Rəsmi Bakıdan Fransaya çağırış
19:30 18.09.2026
Rəsmi Bakıdan Fransaya çağırış
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
19:11 18.09.2026
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
18:54 18.09.2026
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
18:39 18.09.2026
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
18:23 18.09.2026
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
18:12 18.09.2026
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
17:54 18.09.2026
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
17:43 18.09.2026
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi