Bank Respublika və İnnoland tərəfindən keçirilən “Open Banking Lab” layihəsinə seçimlər başa çatıb

İQTİSADİYYAT
12:24 17.10.2019
6699
Bank Respublika və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin ölkəmizdə ilk dəfə olaraq fintex-startuplar üçün həyata keçirdiyi Akselerasiya və İnkubasiya proqramına seçimlər başa çatıb.

AZXEBER.COM xəbər verir ki, münsiflər heyətinin qarşısında təqdimat edən 11 startapdan 5-i daha yüksək bal toplayaraq proqramda iştirak etmək haqqı qazanaraq öz layihələrini reallaşdırmaq şansı əldə ediblər. Bunlar:

* PayLink

* OnePoint

* Fintrack
 
* Dama-Dama

* Bankoff

Bununla yanaşı qalib komandaların təsisçiləri 2020-ci ildə Türkiyədə keçiriləcək "Startup Turkey” tədbirində iştirak edəcəklər.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
 

 

 


 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR