Bank Respublika və Portmanat open banking sahəsində növbəti ilkə imza atdılar!

Bank Respublika və Portmanat open banking sahəsində növbəti ilkə imza atdılar!
İQTİSADİYYAT
10:44 28.12.2021
424
Ölkəmizin aparıcı rəqəmsal banklarından biri olan Bank Respublika, öz müştərilərinə Open banking layihəsi çərçivəsində Portmanat elektron pulqabı sistemi üzərindən ödəniş əməliyyatları apara bilmək imkanı yaradıb.

Ölkənin 2 məhşur ödəmə portalı ilə start verilən Open banking layihəsi Portmanat ilə yeni bir mərhələyə qədəm qoyub. Belə ki, daha öncə Bank Respublika müştəriləri Hesab.az və Epul onlayn ödəniş platforması üzərindən Open Banking xidməti sayəsində öz şəxsi hesablarını izləmək və hesab tarixçələrini nəzərdən keçirmək imkanı əldə etmişdilər.

Layihənin yeni mərhələsində isə, artıq Bank Respublika müştəriləri Portmanat elektron pulqabı sistemi üzərindən nəinki öz şəxsi hesablarını izləmək, eləcə də ödəniş əməliyyatları apara bilmək imkanı qazanıblar. Bu yenilik ilə Bank Respublika müştəriləri sadəcə banka aid rəqəmsal platformalar vasitəsilə deyil, eləcə də Banka aid olmayan platforma vasitəsilə tam təhlükəsiz olaraq ödəniş əməliyyatları həyata keçirə biləcəklər. Xidmətdən yararlanmaq üçün Portmanat saytı, yaxud mobil tətbiqində Bank Respublika hesabının məlumatlarını əlavə etmək kifayətdir.

"İlk öncə, Open Banking platforması üzərindən müştərilərimizə yeni imkanlar yaradan Portmanat şirkətinin rəhbərliyinə və bütün komandasına təşəkkür etmək istərdim. Qeyd etmək istərdik ki, Portmant bu sahədə əməkdaşlıq etdiyimiz ilk şirkətdir və bir ildən artıq davam edən birgə layihəmizin nəticəsində müştərilərimiz artıq Banka aid olmayan platforma vasitəsilə tam təhlükəsiz ödəniş əməliyyatları həyata keçirə biləcəklər. Əminəm ki, bu layihə fintex şirkətləri ilə əməkdaşlıq imkanlarımızı genişləndirərək ölkədə maliyyə sektorunun rəqəmsal transformasiyası prosesində keyfiyyətcə yeni mərhələ olacaqdır. Bank Respublika olaraq gələcəyin rəqəmsal bankçılığın mühüm bir hissəsi olacaq Open Banking-in ölkəmizdə inkişaf etdirilməsi sahəsində bundan sonra da yeni töhfələr verməyə davam edəcəyik” - deyə "Bank Respublika”nın İdarə Heyətinin Sədr müavini Elnur Həsənov qeyd edib.

"Ölkəmizin ən təcrübəli və innovativ banklarından olan Bank Respublika rəhbərliyinə Open Banking sahəsində ilk tərəfdaş kimi Portmanatı seçdiyi üçün təşəkkürümü bildirirəm. Ümid edirik hazırda dünyada banklar arasında ən yeni texnologiyalardan sayılan Open Banking hər iki tərəfə və xüsusilə də müştərilərimizə faydalı olacaq, xidmətlərimizə əlavə dəyər qatmış olacaqdır. Eyni zamanda digər bankları da bu sahədə aktiv olmağa çağırırıq" - deyə Portmanat şirkətinin qurucusu Telman Axundov qeyd edib.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsindən və yaxud 144 - Çağrı Mərkəzinə zəng edərək əldə etmək mümkündür.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
700 bal toplayan Samir danışdı: "Həm çalışır, həm də oyun oynayırdım"
17:59 28.07.2026
700 bal toplayan Samir danışdı: "Həm çalışır, həm də oyun oynayırdım"
Aztəminatlı ailələr niyə daha çox uşaq sahibi olur? – Sosioloq açıqladı
17:47 28.07.2026
Aztəminatlı ailələr niyə daha çox uşaq sahibi olur? – Sosioloq açıqladı
Motosiklet sürücülərinin narazılığına FHN-dən REAKSİYA
17:34 28.07.2026
Motosiklet sürücülərinin narazılığına FHN-dən REAKSİYA
Qəbul imtahanının nəticələri açıqlandı – 17 nəfər 400 bal topladı
17:29 28.07.2026
Qəbul imtahanının nəticələri açıqlandı – 17 nəfər 400 bal topladı
Arzumla bağlı canlı yayımı 86 min insan izlədi
17:21 28.07.2026
Arzumla bağlı canlı yayımı 86 min insan izlədi
YAP Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirildi
17:11 28.07.2026
YAP Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirildi
Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər
17:00 28.07.2026
Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər
Yayda estetik əməliyyat etdirmək olar?
16:48 28.07.2026
Yayda estetik əməliyyat etdirmək olar?
Ailə dəyərləri qorunur, yoxsa əvvəlki kimi deyil? - "Hər şey pula satılıb, ona görə qorunmur" – VİDEOSORĞU
16:29 28.07.2026
Ailə dəyərləri qorunur, yoxsa əvvəlki kimi deyil? - "Hər şey pula satılıb, ona görə qorunmur" – VİDEOSORĞU
Azərbaycanda ilk dəfə beynəlxalq yeniyetmələr qolf turniri keçirildi - FOTOLAR
16:14 28.07.2026
Azərbaycanda ilk dəfə beynəlxalq yeniyetmələr qolf turniri keçirildi - FOTOLAR
Mobil nömrəyə çox pul verənlər nə düşünür? - Ekspert açıqladı
16:10 28.07.2026
Mobil nömrəyə çox pul verənlər nə düşünür? - Ekspert açıqladı
ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi - FOTOLAR
15:56 28.07.2026
ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi - FOTOLAR
"Sabah" üçün tarixi oyun: Saat neçədə, hansı telekanalda?
15:55 28.07.2026
"Sabah" üçün tarixi oyun: Saat neçədə, hansı telekanalda?
Ərdoğan həbs edilən Haluk Levent haqda danışdı: "Bu, tərbiyəsiz şəxslərin..."
15:46 28.07.2026
Ərdoğan həbs edilən Haluk Levent haqda danışdı: "Bu, tərbiyəsiz şəxslərin..."
Azərbaycanda bu şəxslərin maaşı artırılacaq
15:40 28.07.2026
Azərbaycanda bu şəxslərin maaşı artırılacaq
Unibank jurnalistlər üçün təlim təşkil etdi - FOTOLAR
15:37 28.07.2026
Unibank jurnalistlər üçün təlim təşkil etdi - FOTOLAR