Baroness Patrisia Skotland Azərbaycanı ziyarət etdi - Fotolar

Baroness Patrisia Skotland Azərbaycanı ziyarət etdi - Fotolar
SİYASƏT
21:15 11.05.2024
340
Məşhur britaniyalı siyasətçi, "Commonwealth” (Millətlər Birliyi) təşkilatının baş katibi baroness Patrisia Skotland "Tahir Gözel İnkişafa Təşəbbüs” təşkilatının dəvəti ilə Azərbaycanı ziyarət edib. 

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, keçmiş Böyük Britaniya İmperiyasının ərazisinə daxil olmuş 56 ölkənin təmsil olunduğu təşkilata rəhbərlik edən xanım diplomat Ümummilli Lider Heydər Əliyev və görkəmli oftalmoloq, akademik Zərif Əliyevanın məzarını ziyarət edib. 

Fəxrin Xiyaban ziyarəti çərçivəsində baroness Patrisia Skotlanda ölkəmizin tarixində iz buraxmış müxtəlif mütəfəkkirlər barədə də məlumat verilib. Daha sonra media nümayəndələri ilə görüş keçirilib. 

Konfransda sosial əhəmiyyətli bir sıra məsələlər müzakirə edilib. Jurnalistlərin suallarını cavablayan qonaq bu ilin ən aktual məsələsi olan COP 29-un Azərbaycanda keçirilməsinin ölkəmiz üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edib və digər qlobal layihələrdə olduğu kimi Azərbaycanın bu mötəbər tədbirin də öhdəsindən yüksək səviyyədə gələcəyindən əminliyini ifadə edib. 

"Commonwealth” (Millətlər Birliyi) təşkilatının iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində mühüm işlər gördüyünü bildirən baroness bütün dünyanın bu məsələyə həssas yanaşmalı olduğunu söyləyib. O, qlobal istiləşmə nəticəsində yaranacaq risklərin təhlükəsi barədə danışaraq, okeanlarda yerləşən kiçik ada dövlətlərin faciə ilə rastlaşa biləcəyini qeyd edib. 

Patrisia Skotland Azərbaycanın yaşıl enerjiyə keçid istiqamətində atdığı addımları diqqətlə izlədiyini, ölkəmizin günəş, külək enerjisi kimi bərpaolunan enerji mənbələrinin araşdırılması və tətbiqibin çox doğru qərar olduğunu bildirib. Baroness süni intellektin və digər texnologiyaların bu qədər inkişaf etdiyi dövrdə yeni fürsətlərin yarandığını söyləyib və bütün dünyanı koronavirusla mübarizədə olduğu kimi birləşməli olduğunu qeyd edib. 

Sonda Azərbaycanda olduğundan məmnunluğunu ifadə edən qonaq təmsil etdiyi təşkilatın bütün dünyaya sülh və dostluq arzuladığını, iqlim böhranının da öhdəsindən gəlinəcəyinə inandığını bildirib.

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
17:16 25.06.2026
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
Ölümündən sonra təltif edilən polkovniklər...
17:11 25.06.2026
Ölümündən sonra təltif edilən polkovniklər...
General rütbəsi verilən zabitlər kimdir? - Foto
17:09 25.06.2026
General rütbəsi verilən zabitlər kimdir? - Foto
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
17:07 25.06.2026
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
16:49 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
16:47 25.06.2026
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
FHN Aqşin Fatehin restoranını bağladı
15:43 25.06.2026
FHN Aqşin Fatehin restoranını bağladı
Prezident bu ölkədəki səfiri geri çağırdı
15:19 25.06.2026
Prezident bu ölkədəki səfiri geri çağırdı