Baş nazirdən ödənişli yollarla bağlı MÜHÜM QƏRAR

Baş nazirdən ödənişli yollarla bağlı MÜHÜM QƏRAR
SOSİAL
11:19 08.03.2019
5634
Nazirlər Kabineti "Azərbaycan Respublikasında avtomagistraldan ödənişli əsaslarla istifadənin dayandırılması və belə istifadəyə xitam verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında qərar verib.

AZXEBER.COM bildirir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Sənədə əsasən, yeni qayda özəl və bələdiyyə yollarına şamil olunmur.

Aşağıdakı hallarda və müddətdə avtomagistraldan ödənişli əsaslarla istifadənin dayandırılması barədə qərarın qəbul edilməsi üçün ödənişli avtomagistralın idarə edilməsini həyata keçirən dövlət qurumu Komissiyaya müraciət edir:
- alternativ ödənişsiz avtomobil yolundan istifadəyə mane olan hallar yarandıqda - 6 aydan artıq olmayan müddətə;

- hərbi və ya fövqəladə vəziyyət elan edildikdə, həmçinin təbii və ya texnogen xarakterli fövqəladə hallar baş verdikdə - bu barədə qərarda qeyd olunmuş hallar başa çatanadək;

- avtomobil yollarında yenidənqurma və ya əsaslı təmir işləri görüldükdə - yenidənqurma və təmir işləri başa çatanadək;

- avtomobil yollarının müayinəsi zamanı müvafiq konstruksiya və mühəndis qurğularının möhkəmliyində qüsurlar aşkar edildikdə və zəruri yol işləri yerinə yetirildikdə, habelə iqlim şəraiti xeyli pisləşdikdə - müvafiq hallar aradan qalxanadək;

- yol hərəkətinin təhlükəsizliyi, insanların həyatı və ya əmlakı üçün real təhlükə yarandıqda - həmin təhlükə aradan qalxanadək;

- kütləvi tədbirlər keçirildikdə - həmin tədbirlər başa çatanadək.

Fövqəladə hallar və təbii fəlakətlər, habelə qəza təhlükəsinin aradan qaldırılması ilə bağlı işlərin görülməsi zamanı avtomagistraldan istifadə ödənişli avtomagistralın idarə edilməsini həyata keçirən orqanın (qurumun) qərarı əsasında 24 saatdan artıq olmayan müddətə müvəqqəti məhdudlaşdırıla bilər. 

Bu barədə həmin müddət başa çatanadək müvafiq qərarın qəbul edilməsi üçün ödənişli avtomagistralın idarə edilməsini həyata keçirən orqan (qurum) tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verilir.

Qərar olmadan yol hərəkətinin müvəqqəti məhdudlaşdırılmasına və ya qadağan edilməsinə yalnız fövqəladə hadisələr, həmçinin qəza təhlükəsinin aradan qaldırılması ilə bağlı işlərin görülməsi zamanı, habelə qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müvafiq qurumun razılığı əsasında yol verilir.

Avtomagistralda nəqliyyat vasitələrinin hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qərar qəbul edildikdə, avtomobil yolunun sahibi avtomobil yolunun istifadəçilərinə nəqliyyat vasitələrinin hərəkətinin müvəqqəti məhdudlaşdırılmasının və ya qadağan edilməsinin səbəbi, yeri, vaxtı və şərtləri, habelə alternativ yoldan istifadə imkanları barədə əvvəlcədən məlumat verməyə və bu məlumatın kütləvi informasiya vasitələri ilə yayımlanmasını təmin etməyə borcludur.

Ödənişli avtomagistralda nəqliyyat vasitələrinin hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qərarda göstərilən şərtləri və ya qadağan edilməsi müddətini pozan və ya özbaşına yol hərəkətini müvəqqəti məhdudlaşdıran təqsirli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada  məsuliyyət daşıyırlar.

Avtomagistraldan ödənişli əsaslarla istifadə ilə bağlı qərarda göstərilən istifadə müddəti bitdikdə, Komissiyanın qərarı əsasında avtomagistraldan ödənişli əsaslarla istifadəyə xitam verilir və bu barədə kütləvi informasiya vasitələrində yayımlanmaqla, avtomobil yolunun sahibi tərəfindən əhalinin məlumatlandırılması təmin edilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
SON DƏQİQƏ - Bakı metrosunun bütün stansiyalarına giriş bağlandı
12:38 21.04.2026
SON DƏQİQƏ - Bakı metrosunun bütün stansiyalarına giriş bağlandı
Nizami metrostansiyasında sərnişinlər niyə sonuncu vaqonlara yönləndirilir? - AÇIQLAMA
12:29 21.04.2026
Nizami metrostansiyasında sərnişinlər niyə sonuncu vaqonlara yönləndirilir? - AÇIQLAMA
Təhsilalan və təhsilverənlərin vergi mədəniyyəti və maliyyə savadlılığının artırılmasına dair tədbirlərə başlanılır
12:27 21.04.2026
Təhsilalan və təhsilverənlərin vergi mədəniyyəti və maliyyə savadlılığının artırılmasına dair tədbirlərə başlanılır
Şəhidin atası vəfat etdi - Foto
12:24 21.04.2026
Şəhidin atası vəfat etdi - Foto
Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı
12:23 21.04.2026
Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı
"Dolunay" var bu gün - Lətifədən fərqli iş - VİDEO
12:20 21.04.2026
"Dolunay" var bu gün - Lətifədən fərqli iş - VİDEO
Deputat: Azərbaycan-Belçika işçi qrupunun fəaliyyəti dayandırılsın
12:10 21.04.2026
Deputat: Azərbaycan-Belçika işçi qrupunun fəaliyyəti dayandırılsın
“Body2Game” təlimi ikinci dəfə uğurla həyata keçirildi - FOTOLAR
12:00 21.04.2026
“Body2Game” təlimi ikinci dəfə uğurla həyata keçirildi - FOTOLAR
Bank of Baku-dan qadın sahibkarlara dəstək – Praqmatik maliyyə təlimi
11:51 21.04.2026
Bank of Baku-dan qadın sahibkarlara dəstək – Praqmatik maliyyə təlimi
“DH Volley” Azərbaycan Yüksək Liqasının gümüş medalını qazanıb - VİDEO
11:48 21.04.2026
“DH Volley” Azərbaycan Yüksək Liqasının gümüş medalını qazanıb - VİDEO
İcra başçısının bank müdiri ilə görüşü tənqid olundu
11:43 21.04.2026
İcra başçısının bank müdiri ilə görüşü tənqid olundu
17 gün əvvəl müşavir təyin olunmuşdu, bu gün işdən çıxarıldı – Anar Bayramov islahatlara başladı
11:38 21.04.2026
17 gün əvvəl müşavir təyin olunmuşdu, bu gün işdən çıxarıldı – Anar Bayramov islahatlara başladı
Bu yolda sürət həddi bərpa edildi
11:37 21.04.2026
Bu yolda sürət həddi bərpa edildi
Məşhur reper ikinci dəfə baba oldu
11:32 21.04.2026
Məşhur reper ikinci dəfə baba oldu
Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? - VİDEO
11:09 21.04.2026
Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? - VİDEO
Milli Məclisin iclası başladı: 8 məsələyə baxılacaq
11:04 21.04.2026
Milli Məclisin iclası başladı: 8 məsələyə baxılacaq