Baş nazirin adı ilk dəfə qadın alverində hallandı

Baş nazirin adı ilk dəfə qadın alverində hallandı
MARAQLI
23:54 31.10.2011
2131

ABŞ Dövlət Departamenti dünyada insan alverinə qarşı mübarizəyə dair növbəti illik hesabatını yayıb. Hesabatda göstərilir ki, Azərbaycandan kişilər və gənc oğlanlar işçi qüvvəsi kimi əsasən, Rusiya və Moldovaya aparılır. Qadınlar isə cinsi istismar məqsədilə Birləşmiş Ərəb Əmirliklərinə, Türkiyəyə, Rusiya və İrana göndərilir. Həmçinin ölkə daxilində də qadın alveri halları yayılıb.

Hesabata görə, Azərbaycan Özbəkistan və Qazaxıstandan olan qadınların fahişəliklə məşğul olmaq üçün göndərildiyi ölkələrdən biridir. Həmçinin Orta Asiya respublikasından olan qadınlar Azərbaycandan tranzit kimi istifadə edərək digər ölkələrə göndərilirlər. Sənədə görə, Azərbaycanda Çindən olan ucuz işçi qüvvəsi geniş yayılıb, çinlilər ucuz işçi qüvvəsi kimi əsasən tikintidə və digər ağır işlərdə işləyirlər. Çinli qadınlar isə Azərbaycandakı küçə ticarəti ilə məşğuldur. Dövlət Departamenti bildirir ki, Azərbaycan hökuməti trafikinqin qarşısının alınmasına dair minimum standartları yerinə yetirmir. Xüsusən də hökumət işçi qüvvəsinin alveri ilə bağlı halların araşdırılmasına, günahkarların cəzalandırılmasına dair kifayət qədər uğurlar əldə edə bilməyib. Ona görə də Azərbaycan artıq dördüncü ildir ki, dalbadal insan alverinə qarşı kifayət qədər mübarizə aparmayan ölkələrin siyahısına (2-ci siyahı) daxil edilir. Baxmayaraq ki, hökumət insan alverinə qarşı minimal standartları təmin etmək barədə yazılı plan təqdim edib. Hesabatda deyilir ki, bu plana baxmayaraq işçilərin məcburi əməyə cəlb edilməsi halları ilə bağlı günahkarlar cəzalandırılmayıb. “Bundan əlavə qadın alveri ilə məşğul olanların cinayət məsuliyyətinə cəlb edilməsinə dair faktların da son vaxtlar azaldığı müşahidə edilir” deyə, hesabatda bildirilir. Dövlət Departamenti Azərbaycan hakimiyyətinə tövsiyə edir ki, işçilərin məcburi əməyə cəlb edilməsi hallarını aşkar etmək üçün səyləri artırsın, bu alverin qurbanlarının müdafiəsinə yönələn milli mexanizmləri formalaşdırsın, təminat verilsin ki, haqı ödənilməyən məcburi əməyə cəlb edilən işçilər hökumətin insan alveri qurbanlarına yardımlarından bəhrələnəcək. Həmçinin hakimiyyətdən tələb olunur ki, insan alverinə qarışan məmurların, o cümlədən regional polis məmurlarının cəzalandırılmasını təmin etsin, insan alveri qurbanlarının polisə formal ərizə ilə müraciət etməsini gözləmədən onlara ilkin yardım göstərsin. Hesabatda deyilir ki, Azərbaycanda insan alverinə qarşı qanunvericilikdə bu əməllə məşğul olanlara qarşı sərt cəzalar nəzərdə tutulur. Lakin hökumət ötən il insan alverinə görə həbs edilənlərlə bağlı informasiyaları təqdim etməyib. Rəsmi statistikada isə deyilir ki, ötən il insan alverinə görə 28 nəfər həbs edilib. Müqayisə üçün göstərilir ki, 2009-cu ildə 58 belə cinayətkar həbs edilmişdi. Dövlət Departamenti bildirir ki, hakimiyyət 2009-cu ildə yüzlərlə bosniyalı serbin ölkədə qul kimi işlədilməsinə dair faktla bağlı araşdırma aparmayıb. Həmçinin sənəddə deyilir ki, bir çox hallarda fahişəxanalar kimi fəaliyyət göstərən motellərin, sauna və barların arxasında ayrı-ayrı polis məmurlarının dayandığına dair iddialar da araşdırılmayıb. Ümumiyyətlə, insan alverinə adı qarışan hökumət məmurlarının heç biri barəsində araşdırma getmir. Hesabatda hökumətin gördüyü tədbirlərdən də bəhs edilir və göstərilir ki, insan alveri qurbanlarının müdafiəsi ilə bağlı proqram var. Məsələn, Polşada aşkarlanan və uzun müddət qul kimi işlədilən üç insan alveri qurbanına hökumət tərəfindən yardımlar edilib, yaşayış yeri ilə təmin edilib. Həmçinin trafikinqin qurbanı olan 319 qadına müvafiq proqram çərçivəsində yardım göstərilib. Xatırladaq ki, ötən həftə Azərbaycanın insan alverinə qarşı mübarizə üzrə milli koordinatoru, daxili işlər nazirinin müavini general Vilayət Eyvazov da parlamentdə hesabatla çıxış etmişdi. Hesabatın təqdimatı zamanı nazir müavini demişdi ki, bəzi QHT-lər ölkədə insan alveri ilə bağlı həqiqətəuyğun olmayan faktlar yayır və bu faktlar xarici ölkələrdə hazırlanan hesabatlarda əksini tapır. Parlamentin bəzi üzvləri də ad çəkmədən Azərbaycana dair hesabatlar hazırlayanları pisləmişdi. Aydın idi ki, söhbət ABŞ-dan və onun insan alverinə qarşı hər il açıqlanan hesabatlarından gedir. Bu arada Dövlət Departamentinin hesabatında ilk dəfə baş nazir statusunu daşıyan şəxsin adı da qadın alverində çəkilir. Söhbət İtaliyanın baş naziri Silvio Berluskonidən gedir. Hesabatın İtaliyaya dair hissəsində bu ölkədə insan alverinə adı qarışan şəxslərin konkret siyahısı yer alır və onların arasında Berluskoni də var. Hesabatda göstərilir ki, əslən Mərakeşdən olan Kərimə Məxluq adlı qız 16 yaşında olarkən Berluskoni tərəfindən cinsi istismara məruz qalıb, bu barədə qızın məhkəməyə verdiyi ifadələrə də hesabatda yer verilir. Bundan əlavə Berluskoni azyaşlıların fahişəliyə cəlb olunmasını himayə etməkdə də suçlanır. İtaliya müxalifəti baş nazirin adının bu hesabatda yer almasını ölkə üçün “rüsvayçı fakt” adlandırıb. musavat.com

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
17:43 18.09.2026
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
17:39 18.09.2026
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
17:28 18.09.2026
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
17:19 18.09.2026
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
17:12 18.09.2026
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
17:08 18.09.2026
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
16:55 18.09.2026
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
16:47 18.09.2026
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
16:38 18.09.2026
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
16:31 18.09.2026
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
16:17 18.09.2026
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
Nigeriyada mədən faciəsi: Ölənlər var
15:57 18.09.2026
Nigeriyada mədən faciəsi: Ölənlər var
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”
15:54 18.09.2026
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
15:48 18.09.2026
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
15:41 18.09.2026
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Baş Prokurorluq İsmayıllıda media və vətəndaş cəmiyyəti əməkdaşlığı mövzusunda konfrans keçirdi - FOTOLAR
15:34 18.09.2026
Baş Prokurorluq İsmayıllıda media və vətəndaş cəmiyyəti əməkdaşlığı mövzusunda konfrans keçirdi - FOTOLAR