Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”

 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
SİYASƏT
23:20 28.06.2025
1066
Yekaterinburqda azərbaycanlılara hücum və soydaşlarımızın qətlə yetirilməsi hansısa "şovinist qruplar”ın yox, birbaşa Rusiya hakimiyyətinin həyata keçirdiyi aktdır. Hücumu Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) həyata keçirib. 

Rəsmi iddiaya görə, "məqsəd keçmişdə baş vermiş cinayətin araşdırılması” olub. Söhbət 24 il əvvəl – 2001-ci ildə Səfərov qardaşlarının kafesində baş vermiş hadisədən gedir. Hərçənd ki, 24 il əvvəlin hadisəsinə əsasən azərbaycanlıların evlərinə edilən hücum və soydaşlarımızı döyə-döyə qətlə yetirilməsi Rusiyada qeyri-ruslara qarşı şovinizmin və diskriminasiyanın ən yüksək səviyyədə olduğundan xəbər verir. 

Eyni zamanda, azərbaycanlılara qarşı törədilən hücumların sırf siyasi məqsədlərinə diqqət çəkir.

Hücuma məruz qalmış Səfərovlar ailəsinin üzvü Məhəmməd Səfərov deyir ki, onlara "ya Ukraynada müharibəyə getməlisiniz, ya da sizi öldürəcəyik” deyiblər. Təkcə bu fakt Rusiyanın Ukrayna müharibəsinə miqrant və qeyri-rus vətəndaşlarını cəlb etmək siyasətini ifşa edir.

Rusiyanın müharibədə ciddi itkilər verdiyi məlumdur. Son dövrlər Rusiya rəhbərliyi bu itkiləri kompensasiya etmək üçün miqrantları və qeyri-rus vətəndaşlarını səfərbərliyə cəlb etməyə çalışır. 

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin də etiraf edir ki, Rusiya vətəndaşlığını almış 20 min nəfər Ukraynada döyüş bölgəsinə göndərilib: 

"Hərbi istintaq idarəmiz reydlər keçirir. Cəbhə bölgəsinə getmək istəməyən, hətta hərbi komissarlığa gəlmək istəməyən 80 min Rusiya vətəndaşını saxlamışıq, onları hərbi qeydiyyata almışıq və artıq 20 min gənci cəbhə bölgəsinə göndərmişik”.

Rusiya Ukraynada müharibəyə əsgər cəlb etmək üçün sözün əsl mənasında "ova” çıxıb. Məlumatlara görə, Rusiyanın müvafiq orqanları vətəndaşlığı olan qeyri-rus əsilli insanlara çağırış vərəqəsi göndərir, yaxud həbs edərək, hərbi komissarlığa aparır. Onları "ya müharibəyə gedəcəksiniz, ya da pasportlarınızı alacağıq, haqqınızda cinayət işi açacağıq” təhdidi ilə şantaj edirlər. Bir çox hallarda isə saxlanılan şəxsləri müharibəyə getməyə razı salmaq üçün narkotik daşınması, cinayət törətməsi kimi ittihamlarla təhdid edirlər, hətta ailələrini həbs etməklə qorxudurlar. Qorxu qarşısında müharibəyə getməyə razı olan şəxslər isə "top yemi”nə çevrilməsə və geri qayıtsa belə, kompensasiya ala bilmir, əvəzində cəbhənin başqa istiqamətlərinə göndərilirlər. Yekaterinburqda azərbaycanlılara edilən hücumun əsas səbəblərindən biri onları Rusiyanın işğalçı müharibəsinə qoşulmağa məcbur etmək məqsədi daşıyır. Bunu qəbul etməyən soydaşlarımız "OMON”çular tərəfindən qətlə yetirilir. Bu, qətl aktına görə məsuliyyətin birbaşa Rusiya rəhbərliyinin üzərinə düşməsi deməkdir.

Azərbaycanlılara edilən hücumların indi baş verməsinin arxasında Moskvanın rəsmi Bakıya təzyiq siyasətinin də dayandığını deyə bilərik. Çünki ötən ilin 25 dekabrında Bakı-Qroznı marşrutu ilə uçan AZAL-ın mülki təyyarəsi Çeçenistanda Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulandan sonra rəsmi Bakı baş vermiş hadisənin araşdırılması, cinayətkarların cəzalandırılması, kompensasiyanın ödənilməsi kimi haqlı tələblərindən geri çəkilmir. Məsələni ört-basdır etməyə çalışan Rusiya isə müxtəlif təzyiq yolları ilə Azərbaycanı geri addım atmağa məcbur etməyə çalışır. Misal üçün, Milli Məclisin deputatı Azər Badamovun Həştərxanda keçirilən tədbirə buraxılmaması və deportasiya edilməsi, Rusiya tərəfindən media resurslarımıza qarşı kiber hücumların edilməsi və s. belə addımlardandır.  

Lakin Azərbaycan mülki təyyarəmizin vurulmasını unutmayıb və artıq məsələni beynəlxalq müstəviyə çıxarır. Rusiyada bunu həzm edə bilmirlər və görünür, rəsmi Bakının milli maraqlara əsaslanan müstəqil siyasətinin qarşısını soydaşlarımıza hücum etməklə almağa çalışırlar. 

Rusiyada digər xalqlara qarşı ənənəvi diskriminasiya siyasəti mövcuddur. Lakin azərbaycanlılara hücum, ümumilikdə baş verən son hadisələr müsəlman xalqlarına, bu ölkədə yaşayan və ya ora gedən müsəlmanlara qarşı da açıq təzyiqlərə start verildiyini göstərir. 

Görünən odur ki, Ukrayna bataqlığından çıxa bilməyən Rusiya düşüncəsiz formada "sağ-sola hücum etməklə” xilas olmağa çalışır. Lakin bu cür siyasət Rusiyanı daha dərin bataqlığa sürükləyə bilər.

Vasif Həsənli
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Subbakalavrların universitetlərə qəbulu dayandırılır? - AÇIQLAMA
15:44 30.07.2026
Subbakalavrların universitetlərə qəbulu dayandırılır? - AÇIQLAMA
Gənclər niyə televiziya telekanallarına baxmır? - Media ekspertlərindən açıqlama
15:35 30.07.2026
Gənclər niyə televiziya telekanallarına baxmır? - Media ekspertlərindən açıqlama
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
15:07 30.07.2026
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
15:04 30.07.2026
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
14:49 30.07.2026
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
14:34 30.07.2026
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
14:28 30.07.2026
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
Əməkdar artistlə bağlı üzücü xəbər
14:12 30.07.2026
Əməkdar artistlə bağlı üzücü xəbər
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
14:09 30.07.2026
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
13:59 30.07.2026
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
13:56 30.07.2026
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı
13:41 30.07.2026
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı
Fransada güclü istilər: 21 bölgədə narıncı həyəcan siqnalı
13:30 30.07.2026
Fransada güclü istilər: 21 bölgədə narıncı həyəcan siqnalı
Azərbaycanda bu saytlara məhdudiyyət qoyulacaq
13:05 30.07.2026
Azərbaycanda bu saytlara məhdudiyyət qoyulacaq
Dövlət qurumunun vəzifəli şəxslərinə xüsusi telefonlar veriləcək
13:04 30.07.2026
Dövlət qurumunun vəzifəli şəxslərinə xüsusi telefonlar veriləcək
“Natiqlik mədəniyyətinin regionlarda təbliği” layihəsi çərçivəsində ilk tədbir Ağsuda keçirildi – FOTOLAR
13:02 30.07.2026
“Natiqlik mədəniyyətinin regionlarda təbliği” layihəsi çərçivəsində ilk tədbir Ağsuda keçirildi – FOTOLAR