Bayrağa hörmətsizlik edən BDU tələbəsi danışdı - VİDEO

Bayrağa hörmətsizlik edən BDU tələbəsi danışdı - VİDEO
SOSİAL
21:19 28.11.2020
7228
Azərbaycan bayrağına qarşı hörmətsizlik edən tələbə yenı videomüraciət yayıb. 

AZXEBER.COM xəbər verir ki, BDU-nun I kurs tələbəsi Pərviz Məhəmmədov etdiyi hərəkətə görə üzr istəyib: 

"Bayrağa qarşı hörmətsizlik etmişəm. Buna görə də hər kəsdən üzr istəyirəm”. 

Pərviz deyib ki, heç kim onu müdafiə etməsin: 

"Sosial şəbəkələrdə məni qınayırlar, müdafiə də edirlər. Məni müdafiə etməyin. Məsələnin qəlizləşdirilməsinə, barəmdə iş açılmasına səbəb olursunuz. BDU-nun Ağsaqqallar Şurası, xüsusi müəllimlər hər şeyi öz yoluna qoyur. Mənə görə narahat olmayın. Reytinq qazanmaq istəyənlər də o videoları silsinlər”.
 

OXŞAR XƏBƏRLƏR