Bəqai ilə Almaniyanın İrandakı səfiri sülh və təhlükəsizliyi müzakirə ediblər

Bəqai ilə Almaniyanın İrandakı səfiri sülh və təhlükəsizliyi müzakirə ediblər
DÜNYA
23:20 06.10.2026
254
Beynəlxalq sülh və təhlükəsizliyə xələl gətirən təhdid, çağırışlara qarşı mübarizə aparmaq ortaq məsuliyyət olaraq qalır.

AZXEBER.COM xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai Almaniyanın Tehrandakı yeni səfiri Aksel Dittmanla görüşdə bildirib.

Onun sözlərinə görə, qanunun aliliyini təhlükə altına alan, beynəlxalq sülh və təhlükəsizliyə xələl gətirən təhdid, çağırışlara qarşı mübarizə aparmaq ortaq məsuliyyət olaraq qalır.

"Bu gün mən Almaniyanın İrandakı yeni səfiri Aksel Dittmanı qəbul etdim və biz beynəlxalq münasibətlərdə hökm sürən tendensiyalar barədə maraqlı müzakirə apardıq", - Bəqai "X" sosial şəbəkə hesabında yazıb.


OXŞAR XƏBƏRLƏR