Bəqayi: İran və Livan arasında diplomatik münasibətlər davam edir

Bəqayi: İran və Livan arasında diplomatik münasibətlər davam edir
SİYASƏT
12:24 14.12.2025
190

İran və Livan arasında uzun və möhkəm tarixə malik diplomatik münasibətlər davam edir.

AZXEBER.COM xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmayıl Bəqayi bildirib.

"Livanın yeni səfiri bu yaxınlarda Tehrana gəlib. İrana Livanda yeni səfirin təyin olunması ilə bağlı sorğular və prosedurlar bir müddət əvvəl tamamlanıb. Ümid edirik ki, bizim yeni səfirimiz tezliklə Beyruta gələcək", – deyə o vurğulayıb.

Bəqayinin sözlərinə görə, Livan öz milli suverenliyini və ərazi bütövlüyünü qorumağa diqqəti artırmalıdır:

"Biz Livan cəmiyyətinin və hökumətinin bu ölkənin əsas məsələsindən diqqətini yayındıra biləcək hər hansı bəyanatlara qarşıyıq".

 /report

OXŞAR XƏBƏRLƏR