Bəşər Əsəd: ''Mən kukla deyiləm''

DÜNYA
16:53 08.11.2012
1301
Suriya prezidenti Bəşər Əsəd İngiltərənin "təhlükəsiz çıxış" təklifini rədd edib.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, o, ölkəsini tərk etmək barədə düşünmədiyini deyib. "Russia Today"a açıqlama verən Suriya lideri bunları deyib: "Mən kukla deyiləm. Məni Qərb yaratmayıb ki, Qərbə və ya başqa bir ölkəyə gedim. Mən suriyalıyam. Suriyada doğulmuşam, Suriyada yaşayıb, Suriyada da öləcəyəm".Bəşər Əsəd deyib ki, Suriyaya qarşı ola biləcək hər hansı xarici müdaxilənin cavabının dünyaya baha başa gələcək. "Suriya işğal edilərsə, bunun domino effekti Atlantikadan Sakit okeanadək bütün dünyada hiss ediləcək".Qeyd edək ki, İngiltərənin baş naziri Devid Kameron Bəşər Əsədin ölkəsini təhlükəsiz şəraitdə tərk etməsinə zəmanət verilməsini dəstəkləyəcəklərini demişdi.

OXŞAR XƏBƏRLƏR