Milli Məclisin bu gün keçirilən iclasında Millət vəkili Qənirə Paşayeva AZAL-dakı qiymətlərlə bağlı narazılığını bildirib.
AZXEBER.COM xəbər verir ki, o, qiymətlərin əlçatan edilməsi üçün AZAL-a müraciət edib:
"Türkiyədən Azərbaycana gəlmək istəyən çoxlu sayda insanlar var. Hər gün sosial media hesablarımız vasitəsilə çoxlu sayda müraciətlər alırıq. Yazırlar ki, biz Azərbaycana gəlmək istəyirik, amma Türkiyədən dünyanın çox ölkəsinə biletlərin qiyməti Azərbaycandan daha ucuzdur. Azərbaycana biletlərin qiyməti niyə bu qədər bahadı? Bunu Azərbaycan vətəndaşları da söyləyir.
Azərbaycanda Türkiyəyə gedənlər də sadəcə gəzmək üçün getmir. Bizim yüzlərlə tələbəmiz təhsil alır və onların təhsili bizim üçün çox vacibdir. Xəstə insanlarımız var ki, təcili olaraq getmək məcburiyyətindədirlər. Ona görə biz xahiş edirik ki, bu qiymətlərə baxılsın. Azərbaycan və Türkiyə arasında gediş-gəlişin artması turizm üçün önəmli deyil.
Gənclərimizin təhsil almağa, insanlarımızın bir-birilərini daha yaxından tanımasına ehtiyac var.
Deputat AZAL-a çağırış edib:
"Ona görə də mən AZAL-a burdan çağırış edirəm. Bu qiymətlərə baxılsın və bunların əlçatan edilməsi üçün addımlar atılsın”.