Bir çox ölkələrin “Bakutel 2015” sərgi -konfransında iştirakı təsdiq edilib

Bir çox ölkələrin “Bakutel 2015” sərgi -konfransında iştirakı təsdiq edilib
İQTİSADİYYAT
17:49 30.10.2015
1914
2-5 dekabr tarixində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində 21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları ("Bakutel 2015") sərgi -konfransı keçiriləcək.Regionun ən böyük tədbirlərindən biri olan "Bakutel" sərgisi 20 ildən artıqdır ki, hər il telekommunikasiya bazarının aparıcı iştirakçılarını öz platformasında bir araya toplayır.İT üzrə məhsul və xidmətlərin nümayiş olunduğu əsas meydança kimi, "Bakutel" sərgisi möhkəm əlaqələrin qurulduğu və yeni müəssisələrin təsis olunduğu başlıca biznes-platformaya çevrilib."ICTnews" Elektron Xəbər Xidmətinin məlumatına görə, Təşkilat Komitəsindən bildirilib ki, uzun illər "Bakutel" sərgisindən öz dəyərli dəstəyini əsirgəməyən Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sərginin inkişafında və formalaşmasında mühüm rol oynayıb.Birləşmiş Millətlər Təşkilatı (BMT), Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və Regional Rabitə Birliyi (RRB) kimi beynəlxalq təşkilatların dəstəyi, eləcə də Ümumdünya Sərgi Sənayesi Assosiasiyası (UFI) tərəfindən sərgiyə verilmiş keyfiyyət nişanı "Bakutel" sərgisinin beynəlxalq nüfuzunu bir daha təsdiq edir.Təşkilat Komitəsindən verilən məlumata görə, artıq bu günə qədər Azərbaycan, ABŞ, Almaniya, Rusiya, Türkiyə, Fransa və digər ölkələri təmsil edən 200-dən artıq şirkət sərgidə iştirak edəcəyini təsdiqləyib.İştirakçıların 40%-i "Bakutel" sərgisinin daimi eksponentləridir. Sərgi iştirakçıları arasında aparıcı İKT şirkətləri, Azərbaycanın mobil / rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distributorları yer alır.Bundan başqa, ənənəvi olaraq, sərgidə bir sıra ölkələrin milli stendləri təqdim olunur.Ümumilikdə, sərgidə 15 milli stendin iştirakı gözlənilir və Belarus, Bolqarıstan, Kanada, Macarıstan, İsrail, İran, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Serbiya və Xorvatiyanın iştirakı isə artıq təsdiq edilib.Regionda İKT sektoru üzrə ən böyük tədbir olan bu sərgi çərçivəsində gənc mütəxəssislərə öz ixtiraları, proqram və xidmətləri barədə danışmaq üçün imkan yaradılır və artıq bu, ənənə halını alıb. Ötən il olduğu kimi, bununla əlaqədar sərgidə "startap" şirkətlərə iş üçün xüsusi yer ayrılıb.Bakı Ekspo Mərkəzinin üçüncü zalında isə İKT texnologiyaları sahəsi üzrə dövlət layihələri təqdim olunacaq.Sərginin işini daim müşayiət edən geniş işgüzar proqram "Bakutel" sərgisinin səciyyəvi cəhətidir. Ekspo Mərkəzinin üçüncü zalında keçiriləcək çoxsaylı görüşlər, forumlar və konfranslar bütün dünyada İKT sahəsi üzrə ən son təmayülləri, eləcə də Azərbaycanda İKT sektorunun inkişaf perspektivlərini müzakirə etməyə imkan verir. Beləliklə, ölkənin İKT sahəsi bu sektor üzrə əsas tədbiri – beynəlxalq "Bakutel" sərgisini intizarla gözləyir və bu tədbirə hazırlaşır.Sərgidə işgüzar görüş və danışıqlarla yanaşı, bir sıra sürprizlər, eləcə də müsabiqə və viktorinalar bütün iştirakçı və ziyarətçilərinin yolunu gözləyir.Qeyd edək ki, sərginin təşkilatçıları qismində "Iteca Caspian" və "Caspian Event Organisers" ("CEO") şirkətləri çıxış edirlər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tum çırtlayan, siqaret çəkən, evlilik təklifi edən sürücülər... Avtobuslarda nələr baş verir?
17:51 05.08.2026
Tum çırtlayan, siqaret çəkən, evlilik təklifi edən sürücülər... Avtobuslarda nələr baş verir?
Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
17:43 05.08.2026
Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
Azərbaycanda hansı məşhur filmlər çəkilib? - "Forsaj", "Ceyms Bond", "Brliyant əl"...
17:40 05.08.2026
Azərbaycanda hansı məşhur filmlər çəkilib? - "Forsaj", "Ceyms Bond", "Brliyant əl"...
"Bakıda taksi qiymətləri bahalaşacaq, tıxaclar artacaq" - XƏBƏRDARLIQ
17:36 05.08.2026
"Bakıda taksi qiymətləri bahalaşacaq, tıxaclar artacaq" - XƏBƏRDARLIQ
Zəng yox, mesaj: İnsanlar niyə danışmaq əvəzinə yazışmağa üstünlük verir?
17:23 05.08.2026
Zəng yox, mesaj: İnsanlar niyə danışmaq əvəzinə yazışmağa üstünlük verir?
Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ
17:08 05.08.2026
Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ
Bakıda bu avtobus marşrutunun hərəkəti dəyişdirildi
17:04 05.08.2026
Bakıda bu avtobus marşrutunun hərəkəti dəyişdirildi
“Köhnə stereotiplər Azərbaycanın hüquqi mövqeyini dəyişə bilməz”- Deputat
16:55 05.08.2026
“Köhnə stereotiplər Azərbaycanın hüquqi mövqeyini dəyişə bilməz”- Deputat
Hacıbəy Heydərli: Bu fərman sosial şəbəkə platformalarının məsuliyyətini artıracaq
16:38 05.08.2026
Hacıbəy Heydərli: Bu fərman sosial şəbəkə platformalarının məsuliyyətini artıracaq
Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi
16:37 05.08.2026
Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi
Evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıldı
16:29 05.08.2026
Evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıldı
Süni intellektlə hazırlanan saxta videoları necə tanımaq olar?
16:22 05.08.2026
Süni intellektlə hazırlanan saxta videoları necə tanımaq olar?
İsti havada avtomobildə qoyulmamalı 10 əşya - Partlayış və yanğın riski yarada bilər
16:14 05.08.2026
İsti havada avtomobildə qoyulmamalı 10 əşya - Partlayış və yanğın riski yarada bilər
“Vardanyanın rəhbərlik etdiyi bankı “camaşırxana” adlandırıblar” - Deputat
16:09 05.08.2026
“Vardanyanın rəhbərlik etdiyi bankı “camaşırxana” adlandırıblar” - Deputat
Kolleclərdə ən yüksək təhsil haqqı olan ixtisaslar – SİYAHI
16:04 05.08.2026
Kolleclərdə ən yüksək təhsil haqqı olan ixtisaslar – SİYAHI
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
16:00 05.08.2026
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ