Bir yaşlı uşaq diri-diri yandı

Bir yaşlı uşaq diri-diri yandı
Bütün Xəbərlər
14:32 14.10.2014
888
Bu gün saat 10 radələrində Şəmkirin Çinarlı qəsəbəsində dəhşətli yanğın baş verib.Yanğın Cavanşir və Yusif Qələndərov qardaşlarına məxsus 10-otaqlı 335 kv.m fərdi yaşayış evini əhatə edib.Yanğın nəticəsində 5 otaq 160 kv.m sahədə tamamilə yanaraq kül olub.Hadisə zamanı evdə olan 1 yaşlı Günay Qələndərova hadisə yerində dünyasını dəyişib. Evdə hadisə zamanı uşağın anası da olub. 4 yanğınsöndürən maşın alovun qarşısını 2 saat ərzində almağa müvəffəq olaraq digər otaqların yanmasına imkan verməyib.Yanğının dəqiq səbəbləri bilinmir. Qısaqapanma və qaz sızması ehtimal kimi irəli sürülür.Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR