BirKart sahibləri hədiyyələr qazanacaqlar!

BirKart sahibləri hədiyyələr qazanacaqlar!
İQTİSADİYYAT
10:51 02.06.2022
730

Ölkənin ən məşhur taksit kartı olan BirKart, müştərilər üçün daha bir qazandıran kampaniya təqdim edir. Şərtlərə görə müştərilər BirKartla 20 AZN və daha çox məbləğdə taksitlə və ya birdəfəlik ödəniş etdikdə ballar qazanacaqlar və kampaniya bitdikdən sonra 500-dən yuxarı bal toplayanlar hədiyyələr qazanacaqlar.

Müştərilər topladıqları ballara uyğun hədiyyə əldə edəcəklər. Belə ki, 500-4999 bala 50 mb mobil internet və 20 danışıq dəqiqəsi, 5 000 - 9 999 bala 50 000 "ürək", 10 000 - 24 999 bala 20 AZN-lik yanacaq doldurma kuponu, 25 000 - 39 999 bala 50 AZN keşbek, 40 000 - 69 999 bala 100 AZN keşbek, 70 000 - 149 999 bal LG televizoru, 150 000-dən yuxarı bal topladıqda isə iPhone 13 smartfonu əldə edəcəklər.

Kampaniya zamanı müştərilər hər əməliyyatdan sonra əldə etdiyi ballar barədə bildiriş alacaqlar. Ballar həm əməliyyat sayı, həm də əməliyyat məbləğinə görə hesablanacaq. Belə ki taksit əməliyyatı etdikdə müştəri hər əməliyyata görə 10, xərclənən hər AZN-ə görə 5 bal qazanacaq. Birdəfəlik əməliyyatlarda isə əməliyyat sayına görə 2, xərclənən hər AZN-ə görə 1 bal qazacaq. Əməliyyat sayına görə hər müştəri taksit ödənişində 10 dəfə, birdəfəlik ödənişlərdə isə 30 dəfə bal qazana bilər. Əməliyyat məbləğinə görə bal qazanmaq üçün limit yoxdur.

30 iyun 2022-ci il tarixində bitəcək kampaniyadan sonra 3 ay müddətində müştəri hədiyyə üçün müraciət etməlidir. Kampaniya bitdikdən sonra qaliblərə qazandığı hədiyyə və onu necə əldə etməklə bağlı məlumat göndəriləcək. Kampaniya haqqında detallı məlumat: https://kbl.az/bktqpr

 

Qeyd edək ki, BirKart-ın 4 növü var - Taksit, Cashback, Miles və Umico. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, kartı idarə etmək üçün rahat mobil tətbiqi, loyallıq sistemləri və pulsuz SMS məlumatlandırma xidməti. BirKart-ın ölkə üzrə 10 000-dən artıq partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.

BirKart haqqında ətraflı məlumat üçün www.birkart.azsaytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.azmüraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə SMS və ya (+994 50) 999 81 96 nömrəsinə WhatsApp vasitəsilə, həmçinin BirKart mərkəzlərinə müraciət etmək olar.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
22:16 18.09.2026
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
"Qarabağ" "Şəfa"nı məğlub etdi
22:09 18.09.2026
"Qarabağ" "Şəfa"nı məğlub etdi
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
21:53 18.09.2026
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
21:48 18.09.2026
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb  - FOTOLAR
21:43 18.09.2026
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb - FOTOLAR
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
21:30 18.09.2026
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
21:16 18.09.2026
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
21:13 18.09.2026
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
20:53 18.09.2026
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
20:44 18.09.2026
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
Sevda Saleh Məmmədzadə vəfat etdi
20:32 18.09.2026
Sevda Saleh Məmmədzadə vəfat etdi
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
20:15 18.09.2026
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
20:12 18.09.2026
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
19:37 18.09.2026
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
19:34 18.09.2026
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
Rəsmi Bakıdan Fransaya çağırış
19:30 18.09.2026
Rəsmi Bakıdan Fransaya çağırış