“Birlik” Qarabağ gənclərinin həmrəylik düşərgəsi başa çatıb - FOTO

“Birlik” Qarabağ gənclərinin həmrəylik düşərgəsi başa çatıb - FOTO
GƏNCLİK
13:57 10.08.2021
915
"Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Şamaxı rayonunda keçirilən "Birlik” Qarabağ gənclərinin həmrəylik düşərgəsi uğurla yekunlaşıb.

Düşərgənin keçirilməsində məqsəd müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı ordumuzun parlaq qələbəsi ilə reallaşan böyük qayıdışa və Qarabağda dirçəlişə töhfə vermək istəyən Qarabağ gəncləri arasında şəbəkələşməni təmin etmək, bununla bağlı gənclərin ideyalarını toplamaq və onların təşəbbüskarlığını artırmaq, həmçinin müxtəlif təlim və görüşlər vasitəsilə gənclərdə vətənpərvərlik və həmrəylik hissini gücləndirmək, şəxsi inkişaflarına dəstək olaraq asudə vaxtlarını səmərəli təşkil etmək olub.

"BirliyimİZ” devizi altında yeddi gün davam edən düşərgədə 80 nəfər Qarabağ gənci "Zəfər”, "Dəmir Yumruq”, "Bayraqdar”, "Xarıbülbül” və "Qayıdış” adlı komandalar şəklində iştirak edib.

Düşərgədə gənclər üçün Vətən müharibəsi iştirakçılarının, rəsmilərin və tanınmış simaların iştirakı ilə görüşlər, hər bir komanda üçün şəxsi və komanda inkişafı yönümlü təlimlər, Qarabağda dirçəlişlə bağlı müxtəlif ideyaların və layihələrin müzakirəsi, tematik vorkşoplar, intellektual, şəbəkələşmə və komanda inkişafı oyunları, Qarabağ bölgəsinə aid mədəniyyət axşamları, təbiətə ekskursiyalar və asudə vaxtda müxtəlif əyləncəli fəaliyyətlər həyata keçirilib.

Düşərgənin 5 avqust tarixində Şamaxı rayonunda yerləşən Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində keçirilən bağlanış mərasimində qəhrəman qazilərimiz Azərbaycan Respublikasının Dövlət Bayrağını təntənəli şəkildə tədbir zalına gətiriblər. Düşərgə iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı Vüsal Yaqubov Dövlət Bayrağını düşərgədə iştirak edən şəhid Milli Qəhrəman Tofiq Hüseynovun nəvəsi Ləman Həsənovaya təqdim edib.

Bağlanış mərasimində Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, "Böyük Qayıdış” Gənclər Təşkilatının idarə heyətinin üzvləri və Vətən müharibəsi qaziləri iştirak ediblər. Çıxışlardan sonra mərasim düşərgədə iştirak edən istedadlı gənclərin təqdimatında Qarabağın mədəniyyətinə aid musiqi, rəqs və şeir kompozisiyaları ilə davam edib. 

Sonda "Birlik” Qarabağ gənclərinin həmrəylik düşərgəsinin qalibləri açıqlanıb. Birliyimiz nəticəsində əldə olunan böyük Qələbənin simvollarının adını daşıyan komandalarda təmsil olunan Vətən müharibəsi qaziləri düşərgənin qalibləri elan olunublar. Qaliblər hədiyyələrlə mükafatlandırılıb.

Böyük maraqla qarşılanan düşərgənin hər il keçirilməsi nəzərdə tutulub.
 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rezai: Yaxın Şərqdəki problemlərin həlli dörd ölkənin birgə fəaliyyətindən asılıdır
00:33 27.10.2026
Rezai: Yaxın Şərqdəki problemlərin həlli dörd ölkənin birgə fəaliyyətindən asılıdır
Netanyahu: Müctəba Xamenei də seçkidə mənə səs verəcək
00:28 27.10.2026
Netanyahu: Müctəba Xamenei də seçkidə mənə səs verəcək
Bu ölkə xüsusi təyinatlı qüvvələri Rusiya ilə mümkün müharibəyə hazırlaşır
00:23 27.10.2026
Bu ölkə xüsusi təyinatlı qüvvələri Rusiya ilə mümkün müharibəyə hazırlaşır
Tramp "ən pis" ölkənin adını çəkdi
00:18 27.10.2026
Tramp "ən pis" ölkənin adını çəkdi
İsrail ordusu Qəzzada HAMAS və “İslami Cihad”ın 4 üzvünü öldürdüyünü açıqlayıb
00:12 27.10.2026
İsrail ordusu Qəzzada HAMAS və “İslami Cihad”ın 4 üzvünü öldürdüyünü açıqlayıb
"Barselona"nın müdafiəçisi "Sabah"la oyunu buraxacaq
00:06 27.10.2026
"Barselona"nın müdafiəçisi "Sabah"la oyunu buraxacaq
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür
00:02 27.10.2026
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür
Üç BÜRCƏ məsləhət: tələsməsəniz, yeni həftədə pulunuz çox olacaq
00:00 27.10.2026
Üç BÜRCƏ məsləhət: tələsməsəniz, yeni həftədə pulunuz çox olacaq
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
23:56 26.10.2026
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
"Crocus City Hall"da terror aktına görə məhkum edilənlər apellyasiya şikayəti verdilər
23:50 26.10.2026
"Crocus City Hall"da terror aktına görə məhkum edilənlər apellyasiya şikayəti verdilər
Əlcəzair Prezidenti bu ölkəyə hərbi bölmələr göndərmək qərarı verdi
23:46 26.10.2026
Əlcəzair Prezidenti bu ölkəyə hərbi bölmələr göndərmək qərarı verdi
Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü
23:42 26.10.2026
Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü
İran XİN: Ukrayna PUA-ları ilə bağlı sərhəddəki vəziyyəti izləyirik
23:28 26.10.2026
İran XİN: Ukrayna PUA-ları ilə bağlı sərhəddəki vəziyyəti izləyirik
Medvedev: Qərb ölkələri Rusiyaya qarşı 30 mindən çox sanksiya tətbiq edib
23:20 26.10.2026
Medvedev: Qərb ölkələri Rusiyaya qarşı 30 mindən çox sanksiya tətbiq edib
Pezeşkan Rusiyaya səfər etdi
23:10 26.10.2026
Pezeşkan Rusiyaya səfər etdi
İraq sahillərində gəmi yandı
23:04 26.10.2026
İraq sahillərində gəmi yandı