Bişkek görüşündə hansı məsələlər müzakirə olunacaq? – Politoloqdan açıqlama

Bişkek görüşündə hansı məsələlər müzakirə olunacaq? – Politoloqdan açıqlama
SİYASƏT
15:09 31.08.2026
218
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Qırğızıstanın paytaxtı Bişkekdə görüş keçirilib. Görüş Şanxay Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirak çərçivəsində baş tutub. İlham Əliyev və Nikol Paşinyanın Bişkekdəki görüşü tərəflərin yüksək səviyyəli təmaslarının davamı kimi qiymətləndirilir.

Politoloq Oqtay Qasımov AZXEBER.COM-a açıqlamasında deyib ki, tərəflərin müzakirə edəcəyi kifayət qədər məsələlər var:

"Azərbaycan Prezidentinin Ermənistan Baş naziri ilə Bişkek şəhərdəki görüşü gözlənilən idi. Tərəflərin müzakirə edəcəyi kifayət qədər məsələlər var.
Nəzərə alsaq ki, bu, Ermənistanda keçirilən seçkilərdən sonra iki ölkə arasında ilk görüşdür və bu görüşə qədər Ermənistan Baş nazirinin verdiyi açıqlamalar var. Bu açıqlamalardan kifayət qədər müsbət, pozitiv yönlər qeyd olunub. Bu, həm demarkasiya ilə bağlı, həm kommunikasiyaların açılması ilə bağlıdır. Eyni zamanda sülh müqaviləsi, konstitusiya dəyişiklikləri və s. məsələlərlə bağlı Paşinyanın açıqlamaları olur və Azərbaycan tərəfində də bu məsələlər müsbət qarşılanır” 

O qeyd edib ki, tərəflər artıq bir neçə ildir başladığı dialoqu davam etdirirlər:

"Tərəflər artıq bir neçə ildir başladığı dialoqu davam etdirirlər. Keçən ilin 8 avqustunda Vaşinqtonda əldə olunmuş razılaşmalar, ondan sonra atılan addımlar və bundan sonra atılacaq addımlar müzakirə ediləcək. Şübhəsiz ki, keçən il Vaşinqtonda əldə olunan razılaşmadan sonra bölgədə vəziyyət kifayət qədər dinamik şəkildə inkişaf etməkdədir. Azərbaycan-Ermənistan arasında tətbiq olunmuş tranzit məhdudiyyətləri götürülür və Ermənistanla artıq ticarət də başlanıb. Bu görüşd əsas müzakirə olunacaq istiqamətlər kommunikasiyaların açılması ilə bağlı atılacaq addımlar, sərhədlərin demarkasiyası ilə bağlı görüləcək işlər olacaq.
Düşünürəm ki, ikitərəfli ticarətin inkişaf perspektivləri və Ermənistanda konstitusiya işləri ilə bağlı referendum keçirilməsi və regional əlaqələr kimi məsələlər müzakirə olunacaq”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR