"Bizə yaxınlaşıb "Sənə Allahdan bir məktubum var" dedi". - 5 yaşlı oğlunu boğaraq öldürən qadın

"Bizə yaxınlaşıb "Sənə Allahdan bir məktubum var" dedi". - 5 yaşlı oğlunu boğaraq öldürən qadın
SOSİAL
13:15 28.08.2017
1166

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqdirləndirilən Nazilə Qulubəyovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Tahirə Qayıbova ifadə verib.

O, N.Qulubəyovanı bir dəfə gördüyünü bildirib: "Onda da o, Rüstəmlə təzə evlənmişdi. Bacımgilin evində tanış olduq. Sonra cəmiyyətdə gördüm. Bacım Naziləyə cəmiyyət haqda deyib. Nazilə də onu aparmasını istəyib. Mən özüm 4 ildi həmin cəmiyyətə gedirdim. İsa Məsihə inanıram. Bazar günü getmişdik. Nazilə də bacımla gəldi. Cəmiyyətdə oturub dini ayinlərə qulaq asdıq. Sonra çıxıb getdik".

T.Qayıbova qeyd edib ki, N.Qulubəyova hadisədən əvvək ona videolar atıb: "Nazilə bir dəfə cəmiyyətdə olmaqla çox şey bilirdi. O, deyəsən, əvvəllər təlim keçmişdi. Nazilə bizə elə şeylər danışırdı. Baxırdıq ki, bəzi yerlərdə səhv edir, amma çoxusunu da düz danışırdı. Cəmiyyətdən çıxandan sonra bizim nömrəmizi təkid edərək aldı. Uşağının xəstə olması ilə bağlı bacıma yazıb. Bu barədə də bacım mənə dedi. Uşağının qızdırması olduğunu söyləyib. Rüstəm də uşağına görə Naziləyə zəng edib".

Digər şahid qismində Sima Xaliqi dindirilib. O, N.Qulubəyovanın həyat yoldaşı ilə ərinin qrup yoldaşı olduğunu deyib: "Bir neçə dəfə ailəvi görüşmüşük. Mən cəmiyyətə gedib dua edirdim. Depressiyalarım olurdu. Ora gedib dua edib, qayıdırdım. Cəmiyyətə bir Naziləni, bir də başqa qadını aparmışam. O, bizə gəlmişdi, halı yaxşı deyildi. Dedim cəmiyyətə gedə bilərsən. Bir müddətdən sonra zəng edib cəmiyyətə gedib-getmədiyimi soruşdu. Ona "hə" deyib, sonra birgə getdik. Cəmiyyətə gedəndən sonra Nazilə mənə telefonda 3-4 video göndərmişdi. Onlara heç baxmadım. Cəmiyyətə gedib, dua edirdim. Əvvəllər yoldaşım ora getməyə qoymurdu. Sonra razılaşdı. Cəmiyyətdən qayıdandan bir qədər sonra zəng etdi. Uşağının özünü pis hiss etdiyini dedi. Uşağın öldüyünü söylədi. Dedim ki, "buna görə qorxma, uşaq ölməyib". Bacıma zəng edib bu barədə dedim. Mən telefonda Naziləyə heç bir dini ayin deməmişəm, yalandı. Elə bildim ki, Nazilənin psixi problemləri var. Hələ daha əvvəl o, əri Rüstəmin üzünü cırmaqlamışdı. Əri ondan ayrılmaq istəyirdi. Ailələrində problemlər var idi. Mən onu cəmiyyətə aparmamışdan əvvəl gecələr qalxıb uşağına dualar oxuyurmuş. Hadisə günü əri Nazilənin telefonuna zəng edib. Lakin o, götürməyib. Bacım və Səbinə də Naziləyə zəng etsə də, telefonu götürməyib".

Şahid bildirib ki, hadisə günü N.Qulubəyovanın həyat yoldaşına zəng edib: "Rüstəmdən soruşdum ki, Nazilə haradadı. O, bilmədiyini dedi. Evlərinə gələndə isə FHN əməkdaşları və polislər var idi. Hadisədən sonra üzüm bağı olan cəmiyyətə daha getmirəm. Evdə dua edirəm".
Hakim təqsirləndirilən şəxsdən şahidə sualı olub-olmadığını soruşub. N.Qulubəyova isə əl-qolu ilə qeyri-adı hərəkətlər edib.

Daha sonra şahid qismində Səbinə Pənahova ifadə verib. O, N.Qulubəyovanı cəmiyyətə gələndə tanıdığını söyləyib: "Hazırda üzüm bağı olan cəmiyyətə getmirəm. Hadisə günü Naziləgilin evinin qabağına getmişdik. Otada FHN və polis əməkdaşları vat idi. Qapını güclə açdılar".

 

Şahid qismində ifadə verən S.Pənahovanın həyat yoldaşı Emil Pənahov qeyd edib ki, N.Qulubəyovanı bir dəfə görüb, amma tanımır: "Onu cəmiyyətə Sima gətirmişdi. Orada dua edirdik. Cəmiyyətdən çıxandan sonra Nazilənin özü bizə yaxınlaşıb "Sənə Allahdan bir məktubum var" dedi. Onu yola verdim getdi. Uşağın ölüm xəbərini hadisədən sonra eşitdim. Məlum oldu ki, Naziləgilin evini zorla açıblar. FHN əməkdaşları içəri daxil olanda uşaq artıq ölübmüş".

O bildirib ki, cəmiyyət Bakıda otellərin birində toplaşıb: "Biz cəmiyyətdə üzüm şirəsi içirdik. İsa Məsihin dualarından oxuyurduq. Hadisədən sonra toplantı bağlandı. Otel rəhbərliyi buna imkan vermədi".
Məhkəmənin növbəti iclası sentyabrın 6-na təyin edilib.

Qeyd edək ki, dəhşətli qətli törədən 1983-cü il təvəllüdlü Nazilə Qulubəyova dini təriqətlərdən birinin üzvü olub.

O, 5 yaşlı oğlu Fərid Quluzadəni boğaraq qətlə yetirib. Hadisə paytaxtın Yasamal rayonu D.Bünyadzadə küçəsi ev 15 ünvanındakı mənzillərindən birində baş verib.

Orada yaşayan 2011-ci il təvəllüdlü Fərid Quluzadənin meyiti aşkar olunub.
Uşağın xristian yönümlü təriqətin üzvü olan anası Nazilə Qulubəyova tərəfindən öldürüldüyü məlum olub. N.Qulubəyova deyib ki, "pis ruhları çıxartmaq" üçün oğlunun ağızına əski parçası tutaraq sıxıb. Nəticədə azyaşlı ölüb.

///report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” (RƏY)
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” (RƏY)
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
FHN Aqşin Fatehin restoranını bağladı
15:43 25.06.2026
FHN Aqşin Fatehin restoranını bağladı
Prezident bu ölkədəki səfiri geri çağırdı
15:19 25.06.2026
Prezident bu ölkədəki səfiri geri çağırdı
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
15:16 25.06.2026
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
15:10 25.06.2026
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
Avropada istidən ölənlərin sayı artdı
14:49 25.06.2026
Avropada istidən ölənlərin sayı artdı
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
14:42 25.06.2026
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
Azərbaycanda hərbçilərlə bağlı qərar - Prezident təsdiqlədi
14:40 25.06.2026
Azərbaycanda hərbçilərlə bağlı qərar - Prezident təsdiqlədi
Mütəxəssislər xəbərdarlıq edir: Skoliozun ən kritik dövrü bu yaş arasıdır
14:38 25.06.2026
Mütəxəssislər xəbərdarlıq edir: Skoliozun ən kritik dövrü bu yaş arasıdır
Azərbaycanda Rəqəmsal İstehlak Vərdişləri və Mobil Mikro Maliyyələşmə
14:36 25.06.2026
Azərbaycanda Rəqəmsal İstehlak Vərdişləri və Mobil Mikro Maliyyələşmə
Həşəratların hücumuna məruz qalan aktyor xəstəxanalıq oldu
14:20 25.06.2026
Həşəratların hücumuna məruz qalan aktyor xəstəxanalıq oldu