BMT baş katibinə Xocalı soyqırımı ilə bağlı məktub göndərildi
Bütün Xəbərlər
17:10 25.02.2012
1131
Azərbaycanın BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev təşkilatın baş katibi Pan Gi Munun adına məktub göndərib. Bu barədə Trend-ə Daimi Nümayəndəlikdən məlumat verilib.Məktubda Xocalıda baş vermiş hadisələr və Ermənistan silahlı birləşmələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş cinayətləri barədə ətraflı məlumat verilib.Sənəddə bildirilib ki, Azərbaycanın hüquq-mühafizə orqanlarının öhdəsində olan informasiyanın böyük həcmindən əlavə, Xocalıda törədilmiş cinayətlərə görə Ermənistanın məsuliyyətini çoxsaylı müstəqil mənbələr və bu faciənin şahidləri də sənədlərə əsaslanaraq təsdiq edirlər. Bu məsuliyyət beynəlxalq hüququn ümumi normalarından və insan hüquqları haqqında Avropa konvensiyasından irəli gəlir.