BMT: Qəzzada işsizlik 80%-ə çatıb

BMT: Qəzzada işsizlik 80%-ə çatıb
DÜNYA
18:35 07.06.2024
250
Keçən ilin oktyabrında İsrailin Qəzza zolağında hərbi əməliyyatlara başlamasından bəri burada işsizlik təxminən 80%-ə çatıb.

Bu barədə BMT Əmək Agentliyi müharibənin məşğulluğa təsirinə dair dördüncü qiymətləndirmə hesabatında bildirib.

Hesabata görə, Qəzza zolağında işsizlik 79,1%-ə, İordan çayının qərb sahilində isə təxminən 32%-ə çatıb. Fələstin ərazilərində orta işsizlik nisbətinin 50,8% olduğu qeyd olunub.

BƏT-in Ərəb Dövlətləri üzrə Regional Direktoru Ruba Jaradat deyib ki, bu hesabat iş tapmaqdan vaz keçən fələstinliləri istisna edir. "Əslində vəziyyət daha pisdir", o deyib.

"Təsəvvür edin ki, bu çox yüksək işsizlik səviyyəsi ilə insanlar özləri və ailələri üçün ərzaq təmin edə bilməyəcəklər. Bu, onların sağlamlığına da təsir edir.... Pulları olsa belə, oradakı fəlakətin nəticələrini qarşılayacaq xəstəxanalar yoxdur", - Jaradat qeyd edib.

BƏT hesabatında bildirib ki, real ümumi daxili məhsul (ÜDM) Fələstin ərazilərində müharibə başlayandan bəri təxminən 33%, Qəzza zolağında 83,5% və qərb sahilində 22,7% azalıb.

"İşğal edilmiş Fələstin ərazilərində və xüsusilə İordan çayının qərb sahilində gəlirlərin azalması bir çox ailəni ağır yoxsulluğa sürükləyib", - Jaradat deyib.

Xatırladaq ki, İsrailin Qəzzada quru və hava əməliyyatı HAMAS-ın oktyabrın 7-də İsrailin cənubuna hücumu nəticəsində 1200-ə yaxın insanın ölümünə və daha 253 nəfərin girov götürülməsinə cavab olaraq həyata keçirilib. Qəzza zolağında səhiyyə orqanlarının məlumatına görə, İsrailin hücumu 36500-dən çox insanın ölümünə səbəb olub, burada 2,3 milyon əhalisinin yarısı hələ müharibədən əvvəl yoxsulluq həddində yaşayırdı.
 
///APA
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
15:07 30.07.2026
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
15:04 30.07.2026
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
14:49 30.07.2026
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
14:34 30.07.2026
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
14:28 30.07.2026
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
Əməkdar artistlə bağlı üzücü xəbər
14:12 30.07.2026
Əməkdar artistlə bağlı üzücü xəbər
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
14:09 30.07.2026
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
13:59 30.07.2026
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
13:56 30.07.2026
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı
13:41 30.07.2026
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı
Fransada güclü istilər: 21 bölgədə narıncı həyəcan siqnalı
13:30 30.07.2026
Fransada güclü istilər: 21 bölgədə narıncı həyəcan siqnalı
Azərbaycanda bu saytlara məhdudiyyət qoyulacaq
13:05 30.07.2026
Azərbaycanda bu saytlara məhdudiyyət qoyulacaq
Dövlət qurumunun vəzifəli şəxslərinə xüsusi telefonlar veriləcək
13:04 30.07.2026
Dövlət qurumunun vəzifəli şəxslərinə xüsusi telefonlar veriləcək
“Natiqlik mədəniyyətinin regionlarda təbliği” layihəsi çərçivəsində ilk tədbir Ağsuda keçirildi – FOTOLAR
13:02 30.07.2026
“Natiqlik mədəniyyətinin regionlarda təbliği” layihəsi çərçivəsində ilk tədbir Ağsuda keçirildi – FOTOLAR
Veysəloğlunun dəstəyi ilə “Zəfər” düşərgəsi yekunlaşdı - FOTOLAR
12:58 30.07.2026
Veysəloğlunun dəstəyi ilə “Zəfər” düşərgəsi yekunlaşdı - FOTOLAR
Ermənistan hökuməti istefaya gedəcək - Bu tarixdə
12:53 30.07.2026
Ermənistan hökuməti istefaya gedəcək - Bu tarixdə