Bolqarıstanda prezident seçkilərinin tarixi açıqlandı

Bolqarıstanda prezident seçkilərinin tarixi açıqlandı
DÜNYA
15:37 31.07.2026
208
Bolqarıstanda prezident və vitse-prezident seçkilərinin ilk turu oktyabrın 25-də keçiriləcək.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı qərar Bolqarıstan Milli Assambleyasında qəbul edilib.

Parlamentdə keçirilən səsvermədə qərarı 138 deputat dəstəkləyib. Səsvermə zamanı əleyhinə səs verən olmayıb, 7 deputat isə bitərəf qalıb.

Bolqarıstan Konstitusiyasına əsasən, ilk turda heç bir namizəd seçilməzsə, ən çox səs toplayan iki namizəd arasında noyabrın 1-də ikinci tur keçiriləcək.

Qeyd edək ki, ölkədə sonuncu prezident seçkilərinin ilk turu 14 noyabr 2021-ci ildə, ikinci turu isə 21 noyabr 2021-ci ildə baş tutub.

Gülay
OXŞAR XƏBƏRLƏR