Brenson kosmos səyahətində Bezosu qabaqladı - VİDEO

MARAQLI
20:39 11.07.2021
939
Britaniyalı milyarder Riçard Brenson dünyanın ən varlı adamı və "Amazon”un qurucusu Ceff Bezosdan daha əvvəl kosmosa uçub.

Bu barədə "Virgin Galactic” şirkəti "Twitter” hesabında məlumat verib.

Şirkətə məxsus "Unity-22” kosmik uçuş aparatını daşıyan "Eva” təyyarəsi ABŞ-ın Nyu-Meksika ştatındakı bazadan havaya qalxıb. Aparatın artıq Yerin atmosferilə kosmos arasında sərhəd hesab edilən Karman xəttini keçərək geri qayıtdığı bildirilib.

Qeyd edək ki, Bezosun uçacağı "New Shepard” suborbital kosmik gəmisinin uçuşu 20 iyul tarixinə planlaşdırılıb.

OXŞAR XƏBƏRLƏR