Brent markalı neftin qiyməti 56 dollara enib

İQTİSADİYYAT
09:05 21.09.2017
1087
Dünya birjalarında neft ucuzlaşıb.
 
AZXEBER.COM  xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,03 dollar və ya 0,21% azalaraq 50,66 dollar təşkil edib.
 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,12 dollar və ya 0,36% azalaraq 56,17 dollar olub.

OXŞAR XƏBƏRLƏR