Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda

Bu ailələrə uşaqpulu belə ödəniləcək  - Yeni qayda
SOSİAL
22:54 02.05.2026
12334
Xəbər verdiyimiz kimi, Azərbaycanda hamiləliyə və doğuma görə müavinətin verilməsi mexanizmində yeni mərhələ başlayır. Artıq prosesin elektronlaşdırılması və avtomatlaşdırılması nəzərdə tutulur ki, bu da gələcək analar üçün sənəd yükünün azalması, ödənişlərin daha sürətli həyata keçirilməsi və şəffaflığın artırılması baxımından diqqət çəkir. Yeni qaydalar həm müavinətin hesablanma mexanizmini, həm də hüquq əldə etmə şərtlərini yenidən gündəmə gətirib.

Yeni tətbiq edilən sistemdə vətəndaşların ən çox qarşılaşa biləcəyi problem nə ola bilər və bunun qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

AZXEBER.COM xəbər verir ki, Globalinfo.az-a danışan səhiyyə iqtisadiyyatı üzrə mütəxəssis Nərmin Abbaslı deyib ki, hamiləlik və doğuma görə müavinətlərin elektronlaşdırılması Azərbaycanın rəqəmsal dövlət quruculuğu yolunda atdığı növbəti uğurlu addımdır:

"Lakin sistemin "insan amili” və texniki bazalar arasındakı uyğunsuzluqlar səbəbindən axsamaması üçün həm dövlət qurumları, həm işəgötürənlər, həm də vətəndaşlar daha diqqətli olmalıdırlar. Gələcək anaların bu həssas dövrdə əlavə qayğılarla qarşılaşmaması üçün rəqəmsal infrastrukturun insan yönümlü olması əsas şərtdir. Sistemin elektronlaşdırılmasına və avtomatlaşdırılmasına baxmayaraq, tətbiq prosesində bir neçə ciddi problemin yaranma ehtimalı var. Ən böyük risk fərqli dövlət qurumlarının bazaları arasındakı inteqrasiya xətaları ola bilər. Məsələn, həkimin sistemə daxil etdiyi məlumatla işəgötürənin əmək müqaviləsi bildirişindəki məlumatlar (soyadın dəyişməsi, iş stajı və ya əməkhaqqı məbləği) arasında ən kiçik uyğunsuzluq belə sistemin ödənişdən imtina etməsinə səbəb ola bilər”.

Nərmin Abbaslının fikrincə, yeni sistemdə işəgötürənlərin üzərinə böyük məsuliyyət düşür:

"Müəssisə tərəfindən sosial sığorta haqlarının vaxtında ödənilməməsi və ya hesabatların gecikdirilməsi sistemin avtomatik olaraq müavinət təyinatını dayandırmasına gətirib çıxara bilər. Xüsusilə ucqar regionlarda yaşayan və rəqəmsal resurslardan istifadə bacarığı aşağı olan vətəndaşlar üçün portallar vasitəsilə prosesi izləmək çətinlik yarada bilər”.
N.Abbaslı bildirib ki, elektron sistemin effektivliyini artırmaq və vətəndaş məmnuniyyətini təmin etmək üçün aşağıdakı qabaqlayıcı tədbirlər görülə bilər:

"Vətəndaşlar üçün "şəffaf izləmə paneli” yaradılmalıdır. Əgər müavinətin verilməsində gecikmə yaranarsa, vətəndaş sistemə daxil olduqda bunun səbəbini (məsələn: "Həkim məlumatı daxil etməyib” və ya "İşəgötürən sığorta haqqını ödəməyib”) aydın görməlidir. Müavinət təyinatı və ya imtina barədə məlumat vətəndaşa yalnız portal vasitəsilə deyil, həm də SMS bildiriş şəklində göndərilsə, məqsədəuyğun olar deyə düşünürəm. Tibb müəssisələrində və qadın məsləhətxanalarında yeni sistemin işləmə qaydaları barədə əyani vəsaitlər yerləşdirilməli, "qaynar xətt” xidmətləri operativləşdirilməlidir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Stop” sözü “Toxta” ilə əvəzlənə bilməz – Dilçidən deputatın təklifinə ETİRAZ
16:01 02.11.2026
“Stop” sözü “Toxta” ilə əvəzlənə bilməz – Dilçidən deputatın təklifinə ETİRAZ
Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI
16:00 02.11.2026
Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI
Vəzifəli şəxs rüşvətə görə həbs edildi
15:57 02.11.2026
Vəzifəli şəxs rüşvətə görə həbs edildi
Macarıstan Türk dünyasından uzaqlaşır? - Niyə Ankara görüşündə iştirak etmədilər?
15:31 02.11.2026
Macarıstan Türk dünyasından uzaqlaşır? - Niyə Ankara görüşündə iştirak etmədilər?
Deputat “Halloween”dən danışdı: “Öz milli bayramlarımızı qeyd etməyən insanlar…”
15:28 02.11.2026
Deputat “Halloween”dən danışdı: “Öz milli bayramlarımızı qeyd etməyən insanlar…”
HONOR X9e Pro: Sərhədlərə meydan oxu
15:17 02.11.2026
HONOR X9e Pro: Sərhədlərə meydan oxu
Bu şəxslərə həftəiçi ilk gediş 1 qəpik olacaq
15:13 02.11.2026
Bu şəxslərə həftəiçi ilk gediş 1 qəpik olacaq
Fazil Mustafa: “Əmək hüquqlarını qorumaq istəyərkən sahibkarlar da çətinlik çəkir”
14:47 02.11.2026
Fazil Mustafa: “Əmək hüquqlarını qorumaq istəyərkən sahibkarlar da çətinlik çəkir”
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: “Azərbaycanlı uşaqlar öz dilində oxusun”
14:32 02.11.2026
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: “Azərbaycanlı uşaqlar öz dilində oxusun”
Azərbaycanda bu sürücülər də imtahan verəcək
14:09 02.11.2026
Azərbaycanda bu sürücülər də imtahan verəcək
“Türkiyə-Azərbaycan münasibətlərini korlamağa çalışırlar” - Deputat
13:46 02.11.2026
“Türkiyə-Azərbaycan münasibətlərini korlamağa çalışırlar” - Deputat
Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA
13:46 02.11.2026
Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA
İki ölkədə işləyənlərin pensiyası necə hesablanacaq? – Deputatdan AÇIQLAMA
13:38 02.11.2026
İki ölkədə işləyənlərin pensiyası necə hesablanacaq? – Deputatdan AÇIQLAMA
Şoyqu: Qərbin müstəmləkə gücləri öz-özünə dağılır
13:36 02.11.2026
Şoyqu: Qərbin müstəmləkə gücləri öz-özünə dağılır
Krediti olub işsiz qalanlara ŞAD XƏBƏR – Borcu belə ödəyə biləcəklər
13:30 02.11.2026
Krediti olub işsiz qalanlara ŞAD XƏBƏR – Borcu belə ödəyə biləcəklər
Kreml: Zelenski zəng edərsə, Putin telefonuna cavab verəcək
13:18 02.11.2026
Kreml: Zelenski zəng edərsə, Putin telefonuna cavab verəcək