Bu gün Türkiyə Kubokunun final oyunu keçiriləcək

Bu gün Türkiyə Kubokunun final oyunu keçiriləcək
İDMAN
13:45 29.07.2020
1130

Bu gün futbol üzrə Türkiyə Kubokunda "Trabzonspor" və "Alanyaspor" komandaları arasında final oyunu keçiriləcək. 

AZXEBER.COM-un məlumatına görə, mövsümün İstanbuldakı "Atatürk" Olimpiya Stadionunda təşkil olunacaq son qarşılaşmasını FIFA referisi Ali Palabıyık idarə edəcək. 

Superliqanın axırıncı turlarında çempionluğu "Başakşehir"ə buraxan "Trabzonspor" ikinci yeri tutub. "Bordo-mavilər" finalda qalib gəlsələr, tarixlərində 9-cu dəfə kuboka sahib olacaqlar. 

Çempionatda 5-ci yerlə kifayətlənən "Alanyaspor" isə kubokda ilk dəfə final həyəcanı yaşayacaq.  

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.   

OXŞAR XƏBƏRLƏR