Bu il Bakıda Formula 1 zamanı konsert proqramları olmayacaq

Bu il Bakıda Formula 1 zamanı konsert proqramları olmayacaq
İDMAN
12:45 02.03.2021
573
Bu il Formula 1 Azərbaycan Qran Prisi zamanı konsert proqramları və mədəniyyət tədbirləri təşkil olunmayacaq.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin bu gün keçirilən seminarında bildirilib.

Qeyd olunub ki, koronavirus pandemiyası səbəbindən kütləvi tədbirlərin keçirilməsinə məhdudiyyət qoyulduğu üçün konsert proqramı və mədəniyyət tədbirlərinin keçirilməsi bu il üçün təxirə salınıb.

Qeyd edək ki, hər il Qran Pri zamanı dünyanın tanınmış müğənniləri Bakıya dəvət edilirdi və konsert proqramları təşkil olunurdu.
OXŞAR XƏBƏRLƏR