Bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün ayrılmış kvota yeri dolub

Bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün ayrılmış kvota yeri dolub
SOSİAL
21:22 17.04.2026
734
"Bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən ayrılmış kvota yeri dolub".

Bu barədə AZXEBER.COM-a QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

QMİ rəsmisi bildirib ki, Həcc üçün qurum 1 150 kvota yeri ayırıb.

O qeyd edib ki, Həcc ziyarətinə yollanan azərbaycanlı zəvvarların ilk təyyarəsi mayın 17-də uçacaq. İlk zəvvar qrupu 180 nəfərdən ibarət olacaq.

Xatırladaq ki, 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6 100 ABŞ dolları müəyyən edilib.
OXŞAR XƏBƏRLƏR