“Bu layihə şəhərdəki sıxlığı azaldacaq” - Anar Bədəlov

“Bu layihə şəhərdəki sıxlığı azaldacaq” - Anar Bədəlov
İQTİSADİYYAT
13:44 29.10.2022
644
Xəbər verdiyimiz kimi, dünən Abşeron Tikinti Materialları Mərkəzinin açılışı olub. 

AZXEBER.COM xəbər verir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində 255 hektarlıq ərazidə yaradılmış mərkəz 1000-dən çox mağazanı əhatə edir.

Bu nəhəng mərkəzin açılmasında məqsəd ölkədə və regionda inşaat sahəsində insanların ehtiyaclarını qarşılayacaq sənayeləşmiş zonanın yaradılmasıdır. Yeni açılışı olan mərkəzdə tikinti materiallarının satışı ilə yanaşı inşaat sektorunda lazım olan istehsalat bölmələrinin də yaradılması nəzərdə tutulur.

Abşeron Tikinti Materialları Mərkəzinin direktoru Anar Bədəlov qeyd edib ki, dövlət başçısı  İlham Əliyevin rəhbərliyi altında   həyata keçirilən iqtisadi islahatlar nəticəsində sahibkarlığa dövlət dəstəyi gücləndirilib, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradılıb: "Bəşəriyyəti çətin sınaq qarşısında qoyan qlobal problemlər ölkələrin iqtisadiyyatına ciddi mənfi təsirini göstərməkdədir. Bir tərəfdən əhalinin maddi durumunun yaxşılaşdırılması, sahibkarlıq subyektlərinə dəstək göstərilməsi, əlbəttə ki, dövlətin iqtisadi imkanlarına təsir edən amillərdir. Əlbəttə ki, ölkəmizin sosial-iqtisadi inkişafında özəl sektorun çox yüksək payı var və burada  kiçik və orta  sahibkarların rolunun önəmi vurğulanmalıdır. Uzun illərdir ki, dövlət tərəfindən ölkənin kiçik və orta  sahibkarlarına güzəştli kreditlər verilir və bu amil özəl sektorun inkişafında öz sözünü deməkdədir. Buna görə də, sahibkarların öz fəaliyyətlərini genişləndirmək, istehsal və idxal imkanlarını asanlaşdırmaq üçün rahat şərait yaradılmalıdır".
 
Burada 21 korpusdan ibarət 2 mərtəbəli tam  təmirli, istilik sistemli, sanitar qovşaq, 7/24 mühafizə xidməti və optik internetlə təchiz olunmuş yerlər təqdim edir. Burada 1200-ə yaxın mağaza var. Bundan başqa mərkəzdə  müxtəlif cür malları saxlama qabiliyyətinə malik böyük həcmli anbarlar və "Açıq ərazi”   müştərilərin xidmətinə verilir. Anbarların ümumi sahəsi 60000 kv m2-dir. "Açıq ərazi”nin ümumi sahəsi 210000 kv m2-dir”.
Şirkət rəhbəri, həmçinin xüsusi ilə vurğulayıb ki, bazarda yerləşəcək şirkətlər ilk 6 ay icarə haqqından azad olunacaq: "Bundan əlavə bildiyiniz kimi, yanvar- fevral ayı tikinti sektorunda durğunluğ dönəmidir. Mərkəz olaraq bunu nəzərə alıb, bazarda fəaliyyət göstərən sahibkarlar üçün icarə haqları  50%-ə qədər güzəşt olunacaq.  Müştərilərin rahatlığını təmin etmək məqsədilə isə  gələcəkdə  avtodayanacaq, otel, bank şöbələri, gömrük sistemi, kafe-restoran və digər iaşə obyektlərinin inşası da planlaşdırılır”.






OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sevda Saleh Məmmədzadə vəfat etdi
20:32 18.09.2026
Sevda Saleh Məmmədzadə vəfat etdi
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
20:15 18.09.2026
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
20:12 18.09.2026
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
19:37 18.09.2026
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
19:34 18.09.2026
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
Rəsmi Bakıdan Fransaya çağırış
19:30 18.09.2026
Rəsmi Bakıdan Fransaya çağırış
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
19:11 18.09.2026
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
18:54 18.09.2026
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
18:39 18.09.2026
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
18:23 18.09.2026
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
18:12 18.09.2026
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
17:54 18.09.2026
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
17:43 18.09.2026
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
17:39 18.09.2026
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
17:28 18.09.2026
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
17:19 18.09.2026
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR