Bu ölkədə cırıq cins şalvar geyinmək qadağan edildi

MARAQLI
19:06 18.05.2021
690
Şimali Koreya lideri Kim Çen In yeni qadağaları ilə gündəmə gəlib.

Tətbiq etdiyi qadağalar əsasən Şimali Koreyada yaşayan gənclər üçün nəzərdə tutulub.

Belə ki, Kim qısa və cırıq cins şalvar geyinməyi qadağan edib. Bundan sonra ölkədə bu geyim geyinən gəncləri ölüm gözləyib.

Çünki Kim qorxur ki, Şimali Koreyalı gənclər arasında özünüifadə və fərdilik ifadələri nəticədə ölkənin qurulmuş rejiminin devrilməsinə gətirib çıxara bilər.

Bundan başqa, gənclər müəyyən saç düzümlərindən də istifadə edə bilməyəcəklər. Çünki Kim elə düşünür ki, ekstravaqant "anti-sosialist" saç düzümləri onun hakimiyyətinə təhdiddir. Ölkə vətəndaşlarına seçim üçün icazə verilən saç kəsimlərinin məhdud siyahısı təqdim edilib.
 

OXŞAR XƏBƏRLƏR