Bu ölkəyə 16 sm diametrli dolu yağdı

Bu ölkəyə 16 sm diametrli dolu yağdı
DÜNYA
14:49 22.10.2021
436

 

Avstraliyada 16 sm diametrli dolu yağıb.

AZXEBER.COM xəbər verir ki, şimal-şərqi Avstraliyanın bəzi yerlərində diametri 16 sm olan iri dolu yağıb.

 

Fırtınanın davam edəcəyi proqnozlaşdırıldığı üçün yerli sakinlərə diqqətli olmaları barədə xəbərdarlıq edilib.

 

Dolu daşının qreypfrutdan daha böyük olduğu bildirilib. Eyni zamanda dolu Kvinslend əyalətinin bəzi bölgələrində şüşələri və günəş panellərini sındırdığı məlum olub.

 

Meteorologiya Bürosu ştatın bəzi bölgələri üçün şiddətli bir fırtına xəbərdarlığı edib, həmçinin fırtınaların əyalətin şərq bölgələrinə də yayılacağının vurğulanıb.

 

Ayşən

OXŞAR XƏBƏRLƏR