“Bu macəraya qoşulduğumuza görə mən dəfələrlə peşman oldum”

“Bu macəraya qoşulduğumuza görə mən dəfələrlə peşman oldum”
SİYASƏT
10:57 21.01.2026
349
"İstər Avroviziya, istər COP-la bağlı biz əsassız tənqidlərlə üzləşdik. Xüsusilə COP-la bağlı bizi günahlandırdılar ki, neft istehsal edən ölkəyik, neft istehsal edən ölkə necə COP-a ev sahibliyi edə bilər. Baxmayaraq ki, Azərbaycandan əvvəl və sonra Azərbaycandan xeyli çox neft istehsal edən ölkələr olub. Lakin sual bizimlə bağlı idi və mən söylədim ki, neftə sahib olmaq bizim günahımız deyil. Biz buna görə günahlandırılmamalıyıq”.

AZXEBER.COM xəbər verir ki, bunu Prezident İlham Əliyev Davosda "Euronews” telekanalının təşkil etdiyi "Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə  müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarını cavablandırarkən bildirib.

"Bizi neft sərvətimizi necə idarə etməyimiz, onu cəmiyyətdə ədalətli şəkildə necə paylaşdırdığımızla bağlı qiymətləndirmək lazımdır. Beləliklə, çıxardığımız dərslərdən biri bu idi. Çünki səmimi desək, COP-a birillik hazırlıq müddətində bu macəraya qoşulduğumuza görə mən dəfələrlə peşman oldum. Çünki həqiqətən də bəzi media qurumlarında tənqid, aqressiyanın səviyyəsi o qədər yüksək idi ki, insanı demək olar, ruhdan salırdı. Buna baxmayaraq, biz yaxşı tədbir keçirmək əzmində idik və bu, təşkilatçılıq baxımından, daha vacibi isə nəticələr baxımından həqiqətən də yaxşı tədbir oldu. Biz 10 il ərzində əldə edilməsi mümkün olmayana nail olduq. Karbon bazarının fəaliyyəti ilə bağlı razılığa gəldik, İtki və Zərər Fondu fəaliyyətə başladı, həmçinin iştirakçı sayı boykotu təbliğ edənlərə yaxşı cavab oldu. Ermənistandan başqa, bütün ölkələr iştirak etdi. 70 dövlət və hökumət başçısı iştirak etdi. Beləliklə, boykot taktikası uğursuzluğa düçar oldu. Bu, dərs oldu ki, əgər nəyinsə doğru olduğunu düşünürsünüzsə, buna əminsinizsə, bütün müqavimətə, etiraza, bəzən bütün düşmənçiliklərə baxmayaraq bunu etməlisiniz. Bundan əlavə, bu, bizə öz mövqeyimizi təqdim etməyə imkan verdi. Eyni vaxtda neft və qaza sahib olmaqla yanaşı, artıq qeyd etdiyim kimi, biz bərpaolunan enerjiyə böyük sərmayə yatırırıq və bu, bizim məsuliyyətimizin bir hissəsidir. Biz bərpaolunan enerjiyə ona görə sərmayə yatırmırıq ki, enerjiyə ehtiyacımız var, ona görə sərmayə yatırırıq ki, məsuliyyətli insanlarıq və ən azı ölkəmizi, regionumuzu yaşayış üçün daha uyğun bir yerə çevirmək istəyirik. Çirklənmə, karbon emissiyaları - bütün bunları biz gözlərimizlə görə bilmirik, lakin əfsuslar olsun ki, biz və uşaqlarımız bunu hiss edirik. Düşünürəm ki, qazıntı yanacağı ilə zəngin olan ölkələr bərpaolunan enerjiyə sərmayə yatıranda onlara hörmət və rəğbətlə yanaşılmalıdır”, - dövlət başçısı əlavə edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gənclər üçün biznes təlimləri təşkil olundu - Foto
12:07 08.06.2026
Gənclər üçün biznes təlimləri təşkil olundu - Foto
İran İnqilab Keşikçiləri: Hayfadakı sənaye obyektlərini hədəf aldıq
12:04 08.06.2026
İran İnqilab Keşikçiləri: Hayfadakı sənaye obyektlərini hədəf aldıq
Sosial mediada yeni dövr: 16–18 yaş qrupu üçün qaydalar müəyyən olunur
11:55 08.06.2026
Sosial mediada yeni dövr: 16–18 yaş qrupu üçün qaydalar müəyyən olunur
İran XİN: İsrailin hücumlarına görə ABŞ məsuliyyət daşıyır
11:53 08.06.2026
İran XİN: İsrailin hücumlarına görə ABŞ məsuliyyət daşıyır
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
11:44 08.06.2026
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
Həyat yoldaşını ən yaxın dostu hesab edənlər daha xoşbəxtdir - ARAŞDIRMA
11:28 08.06.2026
Həyat yoldaşını ən yaxın dostu hesab edənlər daha xoşbəxtdir - ARAŞDIRMA
Bakıda üç yaşlı körpə 8-ci mərtəbədən yıxıldı
11:28 08.06.2026
Bakıda üç yaşlı körpə 8-ci mərtəbədən yıxıldı
Məşhur rusiyalı repçi yəhudiliyi qəbul etdi, adını dəyişdi
11:20 08.06.2026
Məşhur rusiyalı repçi yəhudiliyi qəbul etdi, adını dəyişdi
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, üç gün davam edəcək...
11:19 08.06.2026
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, üç gün davam edəcək...
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
11:14 08.06.2026
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İsrail–İran gərginliyi: üç hava limanında bütün reyslər ləğv olundu
11:11 08.06.2026
İsrail–İran gərginliyi: üç hava limanında bütün reyslər ləğv olundu
“Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir” - Ekspert
11:07 08.06.2026
“Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir” - Ekspert
Paşinyan: Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir
10:57 08.06.2026
Paşinyan: Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verdi
10:45 08.06.2026
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verdi
Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz
10:25 08.06.2026
Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz
“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır
10:24 08.06.2026
“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır