Bu nə Əhməd qorxusudur? - Əfsələddin Ağalarov yazır

Bu nə Əhməd qorxusudur? - Əfsələddin Ağalarov yazır
KÖŞƏ
23:58 02.05.2026
1770
Jurnalist Əfsələddin Ağalarov yazır:

Əhmədlə bağlı şaiə yayılıb ki, xəstəxanadan qaçıb, iki nəfəri də yaralayıb. Yox bir, üzünü əməliyyat etdirib, şəxsiyyətini də dəyişib. Xüsusi də bir əməliyyat planlayıb. Olub Polad Ələmdar.

Əhməd əfsanələşir, böyüyür. Ona nifrət qorxuya çevrilib, qorxu da yerini pərəstişə buraxıb.

Təhtəlşüurda Əhməd yaşayır. Ev-ev yaşayır. Hadisənin üstündən zaman keçib. Amma insanlar Əhməd xəbərini gözləyir, onun haqqında bir məlumata ehtiyac duyurlar. 

"Əhməd qorxusu” əslində bir çox qorxunun ümumiləşmiş formasıdır.

Əhməddən, ölməkdən heç kim qorxmur.

Onun əlindəki baltadan isə hamı qorxur. Adamlar şüuraltı onun əlinə baltanı yaraşdırıblar.

Və həm də bilirlər ki, nə vaxtsa onların da qapısına bir Əhməd dayansa, qonşu səsə gəlməyəcək, qapı deşiyindən video çəkəcək.

 


OXŞAR XƏBƏRLƏR