Bu rektorlar və vəzifəli məmurlar deputat olmayacaq - FOTO

Bu rektorlar və vəzifəli məmurlar deputat olmayacaq - FOTO
SİYASƏT
13:41 05.05.2015
3110

Ayrı-ayrı dövlət qurumlarına rəhbərlik edənlər seçim etməli olacaqlar; ölkə rəhbərliyinin bununla bağlı prinsipial qərar verdiyi iddia olunur

Milli Məclisin yeni tərkibində rektor deputatlar təmsil olunmayacaq. AZXEBER.COM-un məlumatına görə, bu barədə “Yeni Müsavat”a adının çəkilməsini istəməyən məlumatlı mənbə bildirib. Mənbəmizin sözlərinə görə, artıq rektorlara bu barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, 125 deputat arasında müxtəlif dövlət və özəl ali təhsil ocaqlarının rektorları var. Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, İqtisad Universitetinin sabiq rektoru Şəmsəddin Hacıyev, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Naxçıvan Universitetinin rektoru İsa Həbibbəyli, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı, Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abiyev, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev mandat daşıyırlar.

Xatırladaq ki, Ədalət Partiyasının sədri İlyas İsmayılov rektor deputatların mandatdan məhrum edilmələri üçün müvafiq qurumlara dəfələrlə çağırış etmişdi. Hesab olunur ki, İlyas müəllimin müraciəti hüquqa əsaslanmaqla yanaşı, eyni zamanda müəyyən dairələrlə razılaşdırılmış da ola bilərdi.

Digər bir məlumata görə, mandat daşıyan, eyni zamanda ayrı-ayrı dövlət qurumlarına rəhbərlik edənlər də iki yoldan birini seçməli olacaqlar. Məsələn, ARDNŞ prezidenti Rövnəq Abdullayev, yaxud“Dövlət Dəmir Yolları”QSC-nin rəisi Cavid Qurbanov da Milli Məclisdə təmsil olunur. Onların növbəti parlamentin tərkibində olmayacaqları iddia olunur. Bildirildiyinə görə, ölkə rəhbərliyi rəhbər vəzifə tutanların mandat daşımayacağı barədə prinsipial qərarını açıqlayıb.

Ancaq bəzi istisnaların ola biləcəyi də ehtimal edilir. Parlament tərkibində üstün yerlərdən birini tutan iş adamı və biznesmen deputatların da yeni tərkibə düşməsi çətin olacaq. Onların gənc, intellektual kadrlarla əvəzlənəcəyi gələn xəbərlər sırasındadır. Ümumiyyətlə, 2015 seçkilərindən sonra Milli Məclisin tərkibinin kifayət qədər yenilənəcəyi iddia olunur.

Ancaq məlumatlı mənbəmiz bunu da bildirdi ki, hələ heç kim parlamentə düşüb-düşməyəcəyini dəqiq bilmir. Seçkilərə aylar qalsa da, bu gün diqqət Avropa Oyunlarına yönəldiyindən ölkənin siyasi gündəminin əsas hadisəsinə yalnız iyul ayından sonra ciddi diqqət veriləcək və hazırlıqlar başlanacaq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şairə Cığatel Nəriman Həsənzadənin dəfnində göz yaşlarını saxlaya bilmədi - VİDEO
12:30 02.08.2026
Şairə Cığatel Nəriman Həsənzadənin dəfnində göz yaşlarını saxlaya bilmədi - VİDEO
"Nəriman Həsənzadənin vəfatı bir dövrün başa çatması deməkdir" - Orxan Fikrətoğlu
12:24 02.08.2026
"Nəriman Həsənzadənin vəfatı bir dövrün başa çatması deməkdir" - Orxan Fikrətoğlu
"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq" - Rəşad Məcid
12:16 02.08.2026
"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq" - Rəşad Məcid
“Azərbaycan böyük şairini itirdi” – Vahid Əziz Nəriman Həsənzadədən danışdı - VIDEO
12:07 02.08.2026
“Azərbaycan böyük şairini itirdi” – Vahid Əziz Nəriman Həsənzadədən danışdı - VIDEO
“Səmimiyyətin meyarı Nəriman Həsənzadə idi” – Səməd Seyidov - VIDEO
12:04 02.08.2026
“Səmimiyyətin meyarı Nəriman Həsənzadə idi” – Səməd Seyidov - VIDEO
Murad Dadaşov Nəriman Həsənzadədən danışdı: “Bu gün böyük bir ağsaqqalı itirdik” - VIDEO
12:00 02.08.2026
Murad Dadaşov Nəriman Həsənzadədən danışdı: “Bu gün böyük bir ağsaqqalı itirdik” - VIDEO
“Atam bizə görə başqa qadını evimizə gətirmədi” – Nəriman Həsənzadənin oğlu - VIDEO
11:55 02.08.2026
“Atam bizə görə başqa qadını evimizə gətirmədi” – Nəriman Həsənzadənin oğlu - VIDEO
Nəriman Həsənzadə ilə vida mərasimində onlar iştirak etdilər - FOTOLAR
11:49 02.08.2026
Nəriman Həsənzadə ilə vida mərasimində onlar iştirak etdilər - FOTOLAR
Bürclər "zəif tərəflərini" necə gücə çevirə bilər?
11:42 02.08.2026
Bürclər "zəif tərəflərini" necə gücə çevirə bilər?
Paşinyan istefa verdi
11:23 02.08.2026
Paşinyan istefa verdi
Prezident və xanımı vida mərasiminə əklil göndərdi - FOTO
11:03 02.08.2026
Prezident və xanımı vida mərasiminə əklil göndərdi - FOTO
Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir - FOTOLAR
11:01 02.08.2026
Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir - FOTOLAR
Azərbaycanda kartdan-karta köçürmələrə limit tətbiq olunur
10:48 02.08.2026
Azərbaycanda kartdan-karta köçürmələrə limit tətbiq olunur
14 yaşlı Sahibdən 4 gündür xəbər yoxdur
10:34 02.08.2026
14 yaşlı Sahibdən 4 gündür xəbər yoxdur
İranda zəlzələ oldu
10:31 02.08.2026
İranda zəlzələ oldu
Goranboyda kişi qətlə yetirildi - 57 yaşlı atası saxlanıldı
10:27 02.08.2026
Goranboyda kişi qətlə yetirildi - 57 yaşlı atası saxlanıldı