Bu üsul Azərbaycanda şəkərli diabetə görə ayağı kəsməyə qoymayacaq

Bu üsul Azərbaycanda şəkərli diabetə görə ayağı kəsməyə qoymayacaq
SAĞLAMLIQ
16:48 26.12.2016
2412
Son illər dünyada, eləcə də ölkəmizdə ən geniş yayılan xəstəliklərdən biri də şəkərli diabetdir.
 
AZXEBER.COM Faktor.az-a istinadən xəbər verir ki, bu gün dünyada 390 milyondan çox insan şəkərli diabetdən əziyyət çəkir. Ən pisi odur ki, bir o qədər də insan bu xəstəliyin daşıyıcısı və ya ona meyillilik qrupunda olduğu halda bundan xəbərsizdir. Dünya üzrə hər 10 saniyədə 2 nəfərə şəkərli diabet diaqnozu qoyulur, 1 nəfər isə bu xəstəlikdən dünyasını dəyişir. Tibbi araşdırmalara görə, Azərbaycanda təxminən 212 min 670 nəfərdən çox adam şəkərli diabetlə qeydiyyatdadır. Onlardan 1300 nəfəri uşaq və yeniyetmələrdir, I tip xəstələr isə 28 min nəfər təşkil edir. Şəkərli diabet- endokrin sistemin xroniki xəstəliyi olub, qanda şəkərin səviyyəsinin xroniki olaraq yüksəlməsi ilə muşayiət olunur.
 
Xəstəlik orqanizmdə (mədəaltı vəzidə) insulin istehsalının azalması və ya orqanizmdəki hüceyrələrin insulinə olan həssaslığının azalması nəticəsində inkişaf edir. Bu zaman orqanizmdə qlükozanın tam mənimsənilməməsi və mübadilə prosesinin düzgün getməməsi səbəbindən damarlarla bərabər, sinir ucları da zədələnir.
 
Nəticədə hissiyyat azalır və hətta demək olar ki, tamamilə itir.
 

 

 

Sözügedən hal özünü daha çox aşağı ətraflarda göstərir. Məhz buna görə də dar ayaqqabıdan istifadə zamanı kiçik zədələnmə yaxud sıyrıntı belə sağalmayan yaraların əmələ gəlməsinə səbəb ola bilir. Bəzi hallarda isə bu cür kiçik yaralar daha ağır fəsadlara səbəb olur və əksər hallarda aşağı ətraflarda, xüsusilə barmaqların amputasiyası qaçılmaz olur. Tibbin bəzi sahələrinin, xüsusilə də bioloji təbabətin bu cür xəstəliklərin müalicəsində rolu əvəzsizdir.
 
Yaxın Şərq, Türkiyə və Rusiya kimi ölkələrdə də müalicə yalnız cərrahi yolla aparılır. Bu zaman "tutulmuş” damarlar xüsusi cərrahi metodla açılır. Xəstəlik inkişaf edib qanqrena halına çatıbsa, bu zaman amputasiya edilir. Hazırda Azərbaycanda cərrahi müdaxiləyə ehtiyac olmadan, rahatlıqla xəstəliyin konservativ müalicəsi mümkündür.
 
Təəssüf ki, şəkərli diabet zamanı yaranan "diabetik pəncə”nin müalicəsi ilə bağlı cəmiyyət məlumatsızdır. Konservativ müalicənin mümkünlüyü hələ də çox adama məlum deyil Biotənzimləyici terapiya üsulu ilə diabetik pəncə və xoralaşmış trofiki yaralar böyük uğurla müalicə edilməkdədir. Ölkəmizdə yüzlərlə, aşağı ərtafın və ya pəncənin amputasiyasına göstərişi olan xəstə biotənzimləyici təbabət metodları ilə müalicə olunaraq öz sağlamlıqlarına qovuşub.
 
Qeyd edək ki, şəkərli diabet xəstələri xəstəliyin fərqinə vardıqları ilk andan etibarən düzgün ünvana müraciət edərək xəstəliyin bütün fəsadlarının qarşısını ala bilərlər. Zamanında edilən professional müdaxilə, orqanizmin müdafiə qüvvələrinin səfərbər olunmasına və özünübərpa sistemlərinin aktivləşməsinə yardım edəcəkdir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda şagirdin saçı qırxıldı - Dərsdə saqqız çeynədiyinə görə - VİDEO
23:01 08.06.2026
Bakıda şagirdin saçı qırxıldı - Dərsdə saqqız çeynədiyinə görə - VİDEO
Arazda batan 11-ci sinif şagirdinin axtarışları davam edir: Suyun səviyyəsi endirildi
22:56 08.06.2026
Arazda batan 11-ci sinif şagirdinin axtarışları davam edir: Suyun səviyyəsi endirildi
Vurulan gəmidə olan azərbaycanlıdan hələ də xəbər yoxdur: Yaxınları DANIŞDILAR - VİDEO
22:53 08.06.2026
Vurulan gəmidə olan azərbaycanlıdan hələ də xəbər yoxdur: Yaxınları DANIŞDILAR - VİDEO
Qəbul imtahanında gözlənilməz mənzərə: kənarlaşdırılanlar arasında müəllim var
22:48 08.06.2026
Qəbul imtahanında gözlənilməz mənzərə: kənarlaşdırılanlar arasında müəllim var
Azərbaycan və Suriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
22:42 08.06.2026
Azərbaycan və Suriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
Amsterdamda “Qırmızı bağ” filmi nümayiş etdirildi - VİDEO
22:40 08.06.2026
Amsterdamda “Qırmızı bağ” filmi nümayiş etdirildi - VİDEO
Bakının iki rayonunda işıq kəsiləcək
22:37 08.06.2026
Bakının iki rayonunda işıq kəsiləcək
Avtobusa minənləri SEVİNDİRƏN QƏRAR - Yeni qaydalar açıqlandı
22:26 08.06.2026
Avtobusa minənləri SEVİNDİRƏN QƏRAR - Yeni qaydalar açıqlandı
Pensiya və sosial müvinətlərlə bağlı ŞAD XƏBƏR
22:16 08.06.2026
Pensiya və sosial müvinətlərlə bağlı ŞAD XƏBƏR
Paytaxtın bu ərazilərində qaz kəsiləcək
22:08 08.06.2026
Paytaxtın bu ərazilərində qaz kəsiləcək
DÇ-2026: Türkiyənin oyunları bu saatda başlayacaq - TƏQVİM
22:00 08.06.2026
DÇ-2026: Türkiyənin oyunları bu saatda başlayacaq - TƏQVİM
Pulsuz təhsil alan məzunlar işləməyə regionlara göndərilə bilər - AÇIQLAMA
21:52 08.06.2026
Pulsuz təhsil alan məzunlar işləməyə regionlara göndərilə bilər - AÇIQLAMA
"Yaxşı edib üstünə sürürəm, ağıllı ol" - İşıqforda başlayan dava qəza ilə bitdi - VİDEO
21:47 08.06.2026
"Yaxşı edib üstünə sürürəm, ağıllı ol" - İşıqforda başlayan dava qəza ilə bitdi - VİDEO
Həftənin dörd şanslı BÜRCÜ: Pul sel kimi axacaq
21:37 08.06.2026
Həftənin dörd şanslı BÜRCÜ: Pul sel kimi axacaq
Toyları səhv salıb yarım saat pulsuz oxudu - Video
21:34 08.06.2026
Toyları səhv salıb yarım saat pulsuz oxudu - Video
İran hava məkanındakı bütün uçuş məhdudiyyətləri aradan qaldırıldı
21:22 08.06.2026
İran hava məkanındakı bütün uçuş məhdudiyyətləri aradan qaldırıldı