Canəli Əkbərovun anım günüdür

Canəli Əkbərovun anım günüdür
MƏDƏNİYYƏT
13:37 22.10.2025
411
Bu gün Xalq artisti Canəli Əkbərovun anım günüdür.
 
AZXEBER.COM xəbər verir ki, Əkbərov Canəli Xanəli oğlu 1940-cı ilin martın 10-da Lənkəranın Tükəvilə kəndində doğulub.
 
O, muğamı atasından öyrənib. Canəli Əkbərov Azərbaycan Dövlət Filarmoniyası yanında muğam məktəbində təhsil alıb. Xalq artisti 1963-1964-cü illərdə Seyid Şuşinskinin, 1969-1972-ci illərdə isə Xan Şuşinskinin tələbəsi olmuşdur. 1982-ci ildə Azərbaycan Dövlət Musiqi Məktəbini bitirmişdir.

Canəli Əkbərov 1965-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının, 1976-cı ildən isə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.

Xanəndə bu teatr səhnəsində muğam operalarında bir sıra yadda qalan obrazlar yaradıb. Bunlara Məcnun və İbn-Səlam (Ü.Hacıbəyov – "Leyli və Məcnun"), Şah İsmayıl (M.Maqomayev – "Şah İsmayıl"), Aşıq qərib (Z.Hacıbəyov – "Aşıq Qərib") daxildir.

Canəli Əkbərov Almaniya, Mali, Avstriya kimi ölkələrdə dəfələrlə qastrol səfərlərində olub.

Xalq artistinin ifa etdiyi bütün muğamlar dəsgahlar vallara və disklərə yazılıb. O, muğam müəllimi kimi gənc xanəndələr yetişdirib, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Muğam sənəti" kafedrasının müdiri vəzifəsində çalışıb.

Xanəndə 1989-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1992-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 2002-ci ildə Şöhrət ordeni ilə təltif edilib.

Canəli Əkbərov 2021-ci ilin oktyabrın 22-də 81 yaşında vəfat edib. O, ölümündən iki il əvvəl beyin insultu keçirmişdi. Canəli Əkbərov Fəxri Xiyabanda torpağa tapşırılıb.
 
Aysel

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda xeyriyyə adı ilə toplanan pullara kim nəzarət edir?
17:17 20.07.2026
Azərbaycanda xeyriyyə adı ilə toplanan pullara kim nəzarət edir?
Qara dənizdə azərbaycanlıların olduğu obyektlərə hücumlar: Təsadüfdür, yoxsa planlı?
17:13 20.07.2026
Qara dənizdə azərbaycanlıların olduğu obyektlərə hücumlar: Təsadüfdür, yoxsa planlı?
"1xeber" - 10 illik etimad, operativlik və ictimai məsuliyyət yolu
17:06 20.07.2026
"1xeber" - 10 illik etimad, operativlik və ictimai məsuliyyət yolu
Azərbaycan nümayəndə heyəti Şimali Kiprin rəhbərliyi ilə görüşdü - FOTOLAR
16:55 20.07.2026
Azərbaycan nümayəndə heyəti Şimali Kiprin rəhbərliyi ilə görüşdü - FOTOLAR
Qazaxda faciə - Ata qızı ilə birgə göldə batdı
16:52 20.07.2026
Qazaxda faciə - Ata qızı ilə birgə göldə batdı
Fərid Şahbazlı Qazaxıstanda beynəlxalq mükafata layiq görüldü - FOTOLAR
16:48 20.07.2026
Fərid Şahbazlı Qazaxıstanda beynəlxalq mükafata layiq görüldü - FOTOLAR
Gözəllik naminə hansı riskləri gözə alırıq? - Plastik əməliyyatların görünməyən tərəfi
16:46 20.07.2026
Gözəllik naminə hansı riskləri gözə alırıq? - Plastik əməliyyatların görünməyən tərəfi
“Xəzərin sahilindən…” verilişinin eyniadlı kitabının təqdimatı keçirildi - FOTOLAR
16:43 20.07.2026
“Xəzərin sahilindən…” verilişinin eyniadlı kitabının təqdimatı keçirildi - FOTOLAR
Qaradağda oğurluq edən 3 nəfər saxlanıldı
16:27 20.07.2026
Qaradağda oğurluq edən 3 nəfər saxlanıldı
Əfqan Cəlilov donanma rəisini vəzifəsindən azad etdi
16:18 20.07.2026
Əfqan Cəlilov donanma rəisini vəzifəsindən azad etdi
Qarabağa köçən gənc ailə: “İki insan əl-ələ verəndə çox gözəl həyat yarada bilir” - VİDEO
15:59 20.07.2026
Qarabağa köçən gənc ailə: “İki insan əl-ələ verəndə çox gözəl həyat yarada bilir” - VİDEO
Baş Prokuroluqdan "UĞUR-777" və Gülbadə Abdullayeva ilə bağlı - AÇIQLAMA
15:47 20.07.2026
Baş Prokuroluqdan "UĞUR-777" və Gülbadə Abdullayeva ilə bağlı - AÇIQLAMA
HƏMAS-ın yeni lideri bəlli oldu
15:41 20.07.2026
HƏMAS-ın yeni lideri bəlli oldu
Bir və “UnionPay” tərəfdaşlığı ilə Azərbaycanda beynəlxalq ödəniş imkanları genişlənir
15:37 20.07.2026
Bir və “UnionPay” tərəfdaşlığı ilə Azərbaycanda beynəlxalq ödəniş imkanları genişlənir
TuranBank-ın Gəncə filialı artıq yeni ünvanda
15:35 20.07.2026
TuranBank-ın Gəncə filialı artıq yeni ünvanda
“Azərsun Holdinq”in dəstəyi ilə “Mediada Azərbaycan dili” kitabı nəşr olunub
15:29 20.07.2026
“Azərsun Holdinq”in dəstəyi ilə “Mediada Azərbaycan dili” kitabı nəşr olunub