“CBC Sport” tamaşaçılardan üzr istədi - “Bavariya - “PSJ” matçını yayımlamadığına görə

“CBC Sport” tamaşaçılardan üzr istədi - “Bavariya - “PSJ” matçını yayımlamadığına görə
İDMAN
13:06 07.05.2026
498
Mayın 6-da UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində keçirilən "Bavariya -PSJ" qarşılaşmasının yayımı texniki səbəblərdən mümkün olmayıb.

AZXEBER.COM xəbər verir ki, baş vermiş hadisə ilə bağlı "CBC Sport" kanalı bəyanat yayıb.
 
Bəyanatda deyilir:
 
"Gün ərzində yayım prosesi ilə əlaqədar aparılan ənənəvi testlər zamanı hər hansı problem aşkarlanmayıb. Lakin matçın başlamasına təxminən 5 dəqiqə qalmış gözlənilməz texniki nasazlıq yaranıb.

Qeyd olunub ki, problem müəyyən edilən andan etibarən onun aradan qaldırılması üçün bütün zəruri tədbirlər görülüb. Məqsəd nasazlıq aradan qalxan kimi oyunun hansı dəqiqəsinin getməsindən asılı olmayaraq dərhal efirə qoşulmaq olub. Ancaq texniki heyətin görüş boyu davam edən səylərinə baxmayaraq yayımı bərpa etmək mümkün olmayıb.

Məlumatda baş verən hadisəyə görə məsuliyyətin dərk edildiyi vurğulanaraq, qarşılaşmanı izləyə bilməyən bütün futbolsevərlərdən üzr istənilib.

Həmçinin bildirilib ki, oxşar halların təkrarlanmaması üçün bütün lazımi addımlar atılacaq".
 
Günel
OXŞAR XƏBƏRLƏR