Cəlilabadda qadın qətlə yetirildi - Şübhəlinin 15 yaşı var
SOSİAL
22:40 03.06.2026
167
Cəlilabadda qətl hadisəsi törədilib.
AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayon mərkəzində, Məhəmməd Hadi küçəsində qeydə alınıb.
Belə ki, orta yaşlı qadın aldığı ağır xəsarətlərdən həyatını itirib.
İlkin məlumata görə, hadisəni törədən A. adlı şəxs mərhumun baldızı oğludur.
Hadisədən sonra şübhəli şəxs ərazidən qaçıb.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Məlumata görə, 2011-ci il təvəllüdlü A. Ə. 1999-cu il təvəllüdlü Səidə Cəfərovanı qətlə yetirməkdə şübhəli bilinir.