ABŞ mətbuatında dərc olunan təhlildə Vaşinqtonun İranla yaşanan münaqişə səbəbindən sursat ehtiyatlarının tükənmək üzrə olması ilə bağlı yayılan məlumatların Tehrana əlavə stimul verə biləcəyi bildirilib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, CNN telekanalının təhlükəsizlik analitiki Aleks Plitsas ABŞ-ın mühüm raketdən müdafiə sistemi üçün istifadə etdiyi raketlərin təxminən 80 faizinin tükəndiyi barədə məlumatların İran tərəfindən ABŞ-ın zəifliyi kimi qiymətləndirilə biləcəyini deyib.
Hazırda Atlantik Şurasında Terrorla Mübarizə Direktoru vəzifəsində çalışan Plitsas bu məlumatları "siyasi məqsədli sızma" adlandıraraq, onların ABŞ-ı təhlükəli vəziyyətə saldığını vurğulayıb.
O bildirib ki, ABŞ Prezidenti Donald Trampın əksini deməsinə baxmayaraq, sursat ehtiyatlarının bərpası qısa müddətdə mümkün deyil və bu, istehsal imkanlarında boşluq yaradır.
Analitik əlavə edib ki, İran son dövrlərdə hücumlarını artırıb və bunun əsas səbəblərindən biri də Tehranın ABŞ-ın sursat ehtiyatlarının azaldığına, Vaşinqtonun isə buna qarşı müdafiəsinin zəiflədiyinə inanmasıdır.
Gülay











































