COVİD-19-a yoluxmuş bütün xəstələr həkim nəzarəti altında müalicə olunmalıdır - TƏBİB

TOP4
11:21 25.11.2020
756
Xəstəliyi yüngül və ya ağır keçirməsindən asılı olmayaraq, COVİD-19-a yoluxmuş bütün şəxslər həkim nəzarəti altında müalicə olunmalıdırlar.

AZXEBER.COM bildirir ki, bunu Trend-ə TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

Onun sözlərinə görə, hər bir insan ilk günlərdə yüngül formada keçən xəstəliyin sonradan ağırlaşa biləcəyini bilməlidir.

V.Əliyev əlavə edib ki, test nəticəsi pozitiv çıxan xəstənin ilk gündən xəstəxanada yerləşdirilməsi üçün tibbi göstəriş yoxdur:

"Ehtiyac olarsa, sahə həkimi evdə müalicə olunan xəstəni stasionar müalicə üçün xəstəxanaya yönləndirə bilər. Ancaq harada olmasından asılı olmayaraq, hər bir halda xəstə həkim nəzarətində müalicə olunmalıdır. Biz düşünməməliyik ki, xəstəlik ilk günlərdə yüngül formada keçirsə, o, sonadək yüngül formada qalacaq. Buna görə evdə müalicə olunan xəstələrin gündəlik olaraq, hərarəti ölçülməli, ağciyərinin fəaliyyəti izlənilməlidir. Ağciyərin oksigeni nə dərəcədə qəbul edib-etmədiyi həkim tərəfindən müəyyən olunmalı, xəstənin vəziyyətindən asılı olaraq, onun müalicəsinin növbəti mərhələsi ilə bağlı qərar qəbul edilməlidir".

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:37 12.02.2025

HƏMAS nümayəndə heyəti atəşkəs razılaşmasını müzakirə etmək üçün Qahirəyə gedib

20:24 12.02.2025

Böyük Britaniya fələstinli ailəyə Ukrayna sxemi üzrə sığınacaq verib

20:10 12.02.2025

"Arsenal"ın hücumçusu mövsümü erkən başa vurub

20:02 12.02.2025

Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir?

19:54 12.02.2025

NATO Baş katibi: Ukraynanın Alyansa üzvlüyünün müzakirəsi hələ tezdir

19:41 12.02.2025

Görənləri bihuş edən, 30 il gözü kölgəli qalan Zəngilan - Mikayıl Mirzəzadə yazır

19:40 12.02.2025

Suriyada yeni hökumət martın 1-də qurulacaq

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin etdi

19:29 12.02.2025

Almaniya ölkənin bütün quru sərhədlərində nəzarəti daha altı ay uzadıb

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ