COVİD-19-la bağlı vacib açıqlama: Bu bəladan tez xilas olmaq üçün...

SAĞLAMLIQ
11:02 04.04.2021
2341
"Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində yeni növ koronavirus infeksiyasını (COVİD-19) idarə olunan səviyyədə saxlanan səviyyədə saxlamaq mümkün olub".

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.

Nazir müavini deyib ki, xəstəliklə mübarizədə effektiv üsul peyvəndləmədir:

"Bunun üçün ölkəyə peyvənd materialları gətirilməlidir. Bunun üçün ölkədə həm ikitərəfli, həm də multiplatforma çərçivələrində addımlar atılıb. Artıq Çin istehsalı olan peyvəndlər ölkəyə gətirilib.

Bu gün isə COVAX platforması çərçivəsində "AstraZeneca” şirkətinə məxsus 84 000 doza COVID-19 vaksin dərman vasitəsi ("Vaxzevria”) gətirilib. Bu, ilk partiyadır. Əhalimiz nə qədər tez peyvənd olunsa, kollektiv immunitet yaransa, biz bu COVİD-19 bəlasından o qədər tez xilas olacağıq”.


OXŞAR XƏBƏRLƏR