Daha 6 müxalifətçinin porno videosu yayıldı

Daha 6 müxalifətçinin porno videosu yayıldı
Bütün Xəbərlər
17:02 21.05.2011
2410
APA-nın Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, internet saytlarından birində MHP sərdrinin müavini Mehmet Ekiciyə aid görüntülərin yayılmasının ardınca, sırada digər müavin Osman Çakırın olması barədə məlumatlar yerləşdirilib. Bundan sonra, bu gün MHP sədrinin müavinləri Osman Çakır, Mehmet Ekici, Ümid Şafak, Dəniz Bölükbaşı və baş katib Cihan Paçaçı ilə baş katibin müavini Mehmet Taytak partiya sıralarından və millət vəkilliyinə namizədlikdən istefa veriblər.

MHP başqanı Dövlət Bağçalı isə istefalardan sonra verdiyi açıqlamada istefaların partiyanı rahatlaşdırmaq üçün baş verdiyini deyib: “İstefaları mən tələb etmədim”.

Qeyd edək ki, bir neçə gün əvvəl “Fərqli ülküçülər” adlandırılan qrupun internet səhifəsində bir sıra MHP funksionerinin barəsində kasetlərin olduğu açıqlanıb və qeyd olunub ki, onlar istefaya getməsələr, verilən müddət başa çatandan sonra kasetlər yayımlanacaq.


OXŞAR XƏBƏRLƏR