Daşkəsəndə kişini at belində ildırım vurdu

Daşkəsəndə kişini at belində ildırım vurdu
SOSİAL
19:47 06.06.2026
263
Daşkəsəndə 30 yaşlı kişini ildırım vurub.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çovdar kəndi ərazisində qeydə alınıb.

Kəlbəcər rayon sakini, 1996-cı il təvəllüdlü B.Kamalov kənd ərazisində at belində mal-qara otaran zaman onu və mal-qaranı ildırım vurub. Nəticədə 30 yaşlı kişi müxtəlif xəsarətlər alıb, bir iribuynuzlu heyvan tələf olub.

Xəstəxanaya yerləşdirilən şəxsin vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edək hazırda qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.
OXŞAR XƏBƏRLƏR