Davosdan görünən AZƏRBAYCAN!

Davosdan görünən AZƏRBAYCAN!
SOSİAL
17:11 19.01.2023
231
Davos forumunda dünyanın 130 ölkəsindən rekord sayda - 2700-dən artıq tanınmış şəxs, 52 dövlət və hökumət başçısı iştirak edir. Forumda Azərbaycana, Prezident İlham Əliyevə xüsusi münasibət diqqət çəkir. Bu həm ölkənin Qərb bölgəsində qazanılan Böyük Zəfərin, həm də Azərbaycanda xarici investisiyalara yaradılan şəraitin qarşılığıdır.

Diqqət edək, forum çərçivəsində Prezident Əliyev səkkiz qlobal şirkətin rəhbər şəxsi ilə görüşdü. Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti, BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru da bu sıradadır. Dövlət başçısının Latviya, Litva, Xorvatiya, Monteneqro, Hollandiya dövlət və hökumət rəhbərləri ilə görüşü olub.

Görüşlərdə diqqəti çəkən başqa bir məqam. Prezident İlham Əliyevin həm də regional vəziyyət haqqında ətraflı məlumat verməsi oldu. Xüsusilə Ermənistan və Azərbaycan arasında münasibətlər müzakirə mövzusu oldu. Azərbaycan Prezidenti Ermənistanla münasibətlərin normallaşdırılmasına tərəfdar olduğunu ifadə edib. O, bu məsələdə Ermənistanın destruktiv mövqeyi qeyd edib. Azərbaycanla sülh müqaviləsinin imzalanmasına qarşı tərəfin müxtəlif bəhanələr gətirdiyini deyib. Görüşlərdə Azərbaycan Prezidenti Xankəndi-Laçın yolunda, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində, ölkənin təbii sərvətlərinin talan edilməsinə, habelə yaranan ekoloji çirklənməyə qarşı azərbaycanlıların dinc etiraz aksiyasından danışıb. Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində kriminal qruplaşmaların mövcudluğu, yoldann uzun müddət Azərbaycan ərazilərinə minaların daşınması üçün istifadə edildiyi də rəsmi şəxslərin diqqətinə təqdim olunub.

Sirr deyil, Ermənistan və havadarları indi Azərbaycana beynəlxalq sanksiyaların tətbiq edilməsi istiqamətində ciddi cəhtlə iş aparır. Davos forumundakı görüşlərlə Azərbaycan özünün beynəlxalq aləmdəki nüfuzunu qarantiya altına alımış oldu. Ermənistanın və havadarlarının apardığı qara piara rəğmən, Azərbaycanın dövlət başçısı ilə keçirilən müzakirələrdən sonra ölkə ilə iqtisadi əməkdaşlığa can atan ölkə və dünya nəhəngi olan şirkətlərin sayı çoxalmaqdadır. Beləliklə, Ermənistan təkcə müharibəni uduzan dövlət deyil. O, həm də ən yaxşı müttəfiq ola biləcəyi qonşusu əleyhinə qara piar aparan, onun ərazisini otuz il işğalda saxlayan, sərvətini talayan, ekoterrora məruz qoyan, sülh danışıqlarından qaçan dövlət kimi tanınmaqdadır. Bununla Ermənistanın siyasi rəhbərləri öz xalqına da ciddi zərər verməkdədir.

Davos formu göstərdi ki, Azərbaycan dünya üçün əhəmiyyətli dövlətlər sırasında öz yerini ciddi şəkildə möhkəmləndirdi. O, Avropanın enerji təhlükəsizliyində ən ciddi qarantı, Cənubi Qafqazda reallaşdıracağı layihələrlə bölgənin lider dövlətidir. Bu Davosda dünyanın aparıcı daşıma və logistika şirkətlərinin rəsmilərinin xüsusi vurğuladığı məqam idi. İndi Ukraynadakı müharibə səbəbindən dünya ticarət sistemi nəqliyyat və logistika baxımından ciddi problemlər yaşayır. Bu Azərbaycandan keçən Orta Dəhlizin əhəmiyyəti artırır. Habelə Şimal-Cənub xətti üzrə Azərbaycanın əhəmiyyətini önə çıxarır. Bir sözlə regionda Azərbaycanla mübarizəyə qalxan hər kəs qonşu və ya müttəfiq olmağı seçərsə, daha praqmatik nəticələr əldə edər.

Jalə Mütəllimova
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şəkidə elektrik cəryanının vurduğu kişi yanaraq ölüb
13:50 02.08.2026
Şəkidə elektrik cəryanının vurduğu kişi yanaraq ölüb
Mərakeşdən İspaniyaya keçmək istəyərkən ölən miqrantların sayı 90-a çatıb
13:42 02.08.2026
Mərakeşdən İspaniyaya keçmək istəyərkən ölən miqrantların sayı 90-a çatıb
Gəncədə 3 mərtəbəli evdə yanğın oldu - Fotolar
13:37 02.08.2026
Gəncədə 3 mərtəbəli evdə yanğın oldu - Fotolar
Moskvada restoranda partlayış - Hədəf Baş Komandan olub
13:20 02.08.2026
Moskvada restoranda partlayış - Hədəf Baş Komandan olub
"Nəriman Həsənzadə Fəxri xiyabanda uyumağa layiq şəxsiyyət idi" - Qəzənfər Paşayev
13:09 02.08.2026
"Nəriman Həsənzadə Fəxri xiyabanda uyumağa layiq şəxsiyyət idi" - Qəzənfər Paşayev
Sabah hava necə olacaq?
12:55 02.08.2026
Sabah hava necə olacaq?
"Nəriman Həsənzadə təpədən dırnağa qədər şair idi" - İsa Həbibbəyli
12:48 02.08.2026
"Nəriman Həsənzadə təpədən dırnağa qədər şair idi" - İsa Həbibbəyli
Nəriman Həsənzadə dəfn olundu -  VIDEO - FOTOLAR
12:34 02.08.2026
Nəriman Həsənzadə dəfn olundu - VIDEO - FOTOLAR
Şairə Cığatel Nəriman Həsənzadənin dəfnində göz yaşlarını saxlaya bilmədi - VİDEO
12:30 02.08.2026
Şairə Cığatel Nəriman Həsənzadənin dəfnində göz yaşlarını saxlaya bilmədi - VİDEO
"Nəriman Həsənzadənin vəfatı bir dövrün başa çatması deməkdir" - Orxan Fikrətoğlu - VIDEO
12:24 02.08.2026
"Nəriman Həsənzadənin vəfatı bir dövrün başa çatması deməkdir" - Orxan Fikrətoğlu - VIDEO
"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq" - Rəşad Məcid - VIDEO
12:16 02.08.2026
"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq" - Rəşad Məcid - VIDEO
“Azərbaycan böyük şairini itirdi” – Vahid Əziz Nəriman Həsənzadədən danışdı - VIDEO
12:07 02.08.2026
“Azərbaycan böyük şairini itirdi” – Vahid Əziz Nəriman Həsənzadədən danışdı - VIDEO
“Səmimiyyətin meyarı Nəriman Həsənzadə idi” – Səməd Seyidov - VIDEO
12:04 02.08.2026
“Səmimiyyətin meyarı Nəriman Həsənzadə idi” – Səməd Seyidov - VIDEO
Murad Dadaşov Nəriman Həsənzadədən danışdı: “Bu gün böyük bir ağsaqqalı itirdik” - VIDEO
12:00 02.08.2026
Murad Dadaşov Nəriman Həsənzadədən danışdı: “Bu gün böyük bir ağsaqqalı itirdik” - VIDEO
“Atam bizə görə başqa qadını evimizə gətirmədi” – Nəriman Həsənzadənin oğlu - VIDEO
11:55 02.08.2026
“Atam bizə görə başqa qadını evimizə gətirmədi” – Nəriman Həsənzadənin oğlu - VIDEO
Nəriman Həsənzadə ilə vida mərasimində onlar iştirak etdilər - FOTOLAR
11:49 02.08.2026
Nəriman Həsənzadə ilə vida mərasimində onlar iştirak etdilər - FOTOLAR