Deputat Ramiz Mehdiyevin xəyanəti haqda danışdı

Deputat Ramiz Mehdiyevin xəyanəti haqda danışdı
SİYASƏT
16:48 28.10.2025
250
"Azərbaycan xalqına, dövlətinə qarşı çıxış edən, xarici qüvvələrin maraqlarının keşiyində dayanan, Vətəninə xəyanət edən istənilən şəxsin, bu gün və ya sabah ədalət məhkəməsi qarşısında dayanacağına, layiqli cəzasını alacağına qətiyyən şübhə etmirəm”. 

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Ramiz Mehdiyevin Rusiyaya yazdığı məktubla bağlı danışan deputat Elçin Mirzəbəyli deyib.

O bildirib ki, kimliyindən asılı olmayaraq, bütün cinayətkar əməllərin daşıyıcıları eyni aqibətlə qarşılaşacaqlar:

"Əgər vaxtilə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə "meydan oxuyan”, xalqımıza və dövlətimizə qarşı ağır hərbi cinayətlər törədən şəxslər bu gün ölkəmizin paytaxtında məhkəmə qarşısında dayanıblarsa, kimliyindən asılı olmayaraq, bütün cinayətkar əməllərin daşıyıcıları eyni aqibətlə qarşılaşacaqlar.
Uzun illər boyu ölkəmizdə yenilikçi düşüncəyə qənim kəsilən və sistemdənkənar əyləc funksiyasını yerinə yetirən Ramiz Mehdiyevə gəldikdə isə, onun aqibəti göz qabağındadır. Onunla eyni əyri yolları yanaşı addımlayan kim və ya kimlər varsa, təbii ki, istintaq tərəfindən müəyyən edilərək mühakimə olunacaq. Və yaxud artıq müəyyən ediliblər”.

Parlamentari vurğulayıb ki, Ramiz Mehdiyevin yazdığı xəyanət məktubundan da onun dövlətə xəyanətə gətirib çıxaran hikkəsinin, qəzəbinin izlərini görmək mümkündür:

"Mehdiyevin xəyanət ssenarisində, vaxtilə özünün təmsil olunduğu və iddia etdiyi bütün təsisatların üzərindən xətt çəkilir. Bütün bunlar onun haqqında hər şeyi deyir. Çünki Mehdiyev kimi insanlar hər şeyin özləri ilə bitməsini istəyirlər, şəxsi iddiaları isə dövlət mənafeyini, ictimai maraqları dəfələrlə üstələyir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda 2027-ci ildə bu şəxslərə 1500 manat veriləcək - Deputatdan açıqlama
15:43 05.11.2026
Azərbaycanda 2027-ci ildə bu şəxslərə 1500 manat veriləcək - Deputatdan açıqlama
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
15:38 05.11.2026
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
15:36 05.11.2026
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
"Crescent Mall"da nə baş verib? – Açıqlama
15:20 05.11.2026
"Crescent Mall"da nə baş verib? – Açıqlama
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
15:18 05.11.2026
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
15:11 05.11.2026
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
14:56 05.11.2026
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
14:49 05.11.2026
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
14:37 05.11.2026
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
Daha bir marşrutun avtobusları yenilənir
14:19 05.11.2026
Daha bir marşrutun avtobusları yenilənir
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
14:08 05.11.2026
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
14:05 05.11.2026
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
14:01 05.11.2026
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
13:46 05.11.2026
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
13:44 05.11.2026
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:40 05.11.2026
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR