Deputat: “Zəngəzur dəhlizi təkcə Azərbaycan-Ermənistan məsələsi deyil”

Deputat: “Zəngəzur dəhlizi təkcə Azərbaycan-Ermənistan məsələsi deyil”
SİYASƏT
17:27 15.07.2025
975
Milli Məclisin deputatı Azər Allahverənov "Hədəf” verilişində çıxışı zamanı Zəngəzur dəhlizi ətrafında baş verən proseslərə dair mühüm açıqlamalar verib.
 
AZXEBER.COM xəbər verir ki, deputatın sözlərinə görə, Zəngəzur dəhlizi sadəcə Azərbaycanla Ermənistan arasında olan bir məsələ deyil və bu layihə daha geniş geosiyasi əhəmiyyət daşıyır.

"Əgər bu, yalnız Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında olan məsələ olsaydı, çoxdan öz həllini tapmışdı. Burada çox gedişli bir kombinasiya baş verir və bu, strateji əhəmiyyət daşıyan bir layihənin gerçəkləşməsindən xəbər verir”, – deyə deputat bildirib.

Allahverənov qeyd edib ki, bir çox dövlətlər Zəngəzur dəhlizinin açılmasına açıq şəkildə qarşı çıxmasalar da, bu layihədən öz maraqları naminə istifadə etmək niyyətindədirlər: "Hətta əleyhinə çıxış edən bəzi dövlətlər sonradan bu mövqelərini ört-basdır etməyə çalışsalar da, əslində əsas məqsədləri Zəngəzur dəhlizindən maksimum fayda götürmək olub”.

Deputat həmçinin Azərbaycan-İran münasibətlərinə toxunaraq bildirib ki, bu münasibətlərin pozulmasında maraqlı olan qüvvələr Araz dəhlizi ilə bağlı prosesləri də ləngitməyə çalışıblar: "Zaman-zaman bu istiqamətdə cəhdlər olub. Lakin Azərbaycan beynəlxalq görüşləri tamam fərqli məqsədlərlə həyata keçirir və bu, bütövlükdə bölgədə təhlükəsizliyin təmin olunmasına xidmət edir. Bu məsələ, eyni zamanda, İran üçün də maraqlı olmalıdır”.

O, ABŞ-nin regionda fəallaşmasının Araz dəhlizi məsələsinə də təsir etdiyini bildirib: "Vaşinqtonun son proseslərdə fəallaşması, eyni zamanda, Araz dəhlizi ilə bağlı məsələlərdə İran tərəfinin – xüsusilə də prezident Pezeşkianın şəxsi mövqeyi və bütövlükdə İranın bu məsələdə müəyyən qırmızı xətlərdən geri çəkilməsi onu göstərdi ki, gec-tez Araz dəhlizi istifadəyə veriləcək”.

Azər Allahverənov hesab edir ki, bu baş verdikdən sonra Zəngəzur dəhlizi əvvəlki strateji əhəmiyyətini müəyyən qədər itirə bilər: "Ona görə də maksimum çalışırlar ki, bu proseslər paralel şəkildə inkişaf etdirilsin. Azərbaycan istənilən halda hər iki alternativdə maraqlıdır”.
 
Oksana Orucova
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezidentin təltif etdiyi Mətanət Əliverdiyevadan - AÇIQLAMA
16:26 05.11.2026
Prezidentin təltif etdiyi Mətanət Əliverdiyevadan - AÇIQLAMA
Unibank ağacəkmə kampaniyasında iştirak edib
16:22 05.11.2026
Unibank ağacəkmə kampaniyasında iştirak edib
Prezident bu məşhur aparıcıları da təltif etdi - FOTO
16:20 05.11.2026
Prezident bu məşhur aparıcıları da təltif etdi - FOTO
Bakının mərkəzinə yaxın ərazidə evlər 41 min manata– SƏBƏB budur
16:03 05.11.2026
Bakının mərkəzinə yaxın ərazidə evlər 41 min manata– SƏBƏB budur
Zəngilan Aqroparkı yaradılıb - FƏRMAN
15:57 05.11.2026
Zəngilan Aqroparkı yaradılıb - FƏRMAN
Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM
15:54 05.11.2026
Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM
Azərbaycanda 2027-ci ildə bu şəxslərə 1500 manat veriləcək - Deputatdan açıqlama
15:43 05.11.2026
Azərbaycanda 2027-ci ildə bu şəxslərə 1500 manat veriləcək - Deputatdan açıqlama
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
15:38 05.11.2026
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
15:36 05.11.2026
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
"Crescent Mall"da nə baş verib? – Açıqlama
15:20 05.11.2026
"Crescent Mall"da nə baş verib? – Açıqlama
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
15:18 05.11.2026
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
15:11 05.11.2026
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
14:56 05.11.2026
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
14:49 05.11.2026
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
14:37 05.11.2026
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
Daha bir marşrutun avtobusları yenilənir
14:19 05.11.2026
Daha bir marşrutun avtobusları yenilənir